Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87092
az

Qətiyyən Zibilə Atmayın! - Görün İnsana Nələr Edir...

21:0315 Aprel, 2023
309
CƏMİYYƏT
  • A

Bu gün sizə balqabaq tumunun faydalarından və zərərlərindən danışacağam.   Balqabaq tumunun müalicəvi xüsusiyyətləri haqqında, yəqin ki, hamınız eşitmisiniz.  Həkimlər və dietoloqlar  tez-tez balqabaqdan hazırlanan yeməklərin rasiona daxil edilməsini tövsiyə edirlər.  Bəzən balqabaq tumları atılır. 

Halbuki, bu tumlar tərəvəzin özündən daha faydalıdır.  Olduqca cüzi əks təsirə malik olan tumlar çox qədimdən kulinariyada və  tibbdə öz yerini tapıb. Mərkəzi Amerikada aparılan arxeoloji araşdırmalar zamanı, bizim eradan əvvəl 7000-ci illərə aid balqabaq tumları aşkarlanıb.  Hazırda balqabaq da, elə tumları da, demək olar ki, bütün dünyada məşhurdur. 

 Balqabaq tumunun kimyəvi tərkibi, faydaları və zərərləri. 
 Tumun ən faydalı hissəsi içidir: mikroelementlərlə və amin turşuları ilə zəngindir.  Balqabaq tumları metabolizmanı yaxşılaşdırır, ümumilikdə, mədə-bağırsaq traktatındakı bütün orqanlara müsbət təsir edir.  Tumun tərkibində yüksək miqdarda maqnium, fosfor, kalium permanqanat var. Kalium permanqanat sinir sistemi üçün əvəzsizdir.  Sinir impulsları ilə hüceyrələr arasındakı bağı qoruyur,  onların böyüməsini təmin edir.  Digər minerallarla birləşəndə, kalium permanqanat sağaldıcı təsirə malik olur. 
 Balqabaq tumu təbii vitamin qaynağıdır. Buna görə də, mütəmadi olaraq qəbul edilməsi lazımdır. Kalsium da, fosfor da sümüklər və diş minası üçün  vacibdir. Elementlərin hər ikisi balqabaq tumunun tərkibinə daxildir. Bundan əlavə, tumda sink, A, C və E vitaminləri var ki, immuniteti gücləndirirlər, orqanizmi müxtəlif infeksiyalardan təmizləyirlər. 
Təbii ki, bütün qida məhsullarında olduğu kimi, əks təsirə malikdir. Yaxşısı budur, balqabaq tumunu qəbul etməzdən əvvəl həkiminizlə məsləhətləşəsiniz.  Tumları qovurduqda, faydalılıq dərəcələri azalır.  Olduqca kalorilidirlər. Artıq çəkidən əziyyət çəkənlər balqabq tumunu müəyyən ölçüdə yeməlidirlər. 

Balqabaq tumu müalicəvi vasitə kimi. 
Balqabaq tumu bir çox xəstəliklərin müalicəsində aktiv rol oynayır. Əsas məqam odur ki, düzgün istifadə edilsin.  Belə olduqda, o, ciddi xəstəliklərlə belə, mübarizə aparmağa qadir olur. 

Həzm sistemi xəstəlikləri zamanı. 
Ödqovucu xüsusiyyəti olan balqabaq tumu orqanizmi zərərli maddələrdən və toksinlərdən də təmizləyir.  Qaraciyər xəstəlikləri zamanı orqanizmin dəstəkçisinə çevrilir.  Yeməkdən qabaq qəbul edilən 1 xörək qaşığı balqabaq tumu qastrit və pankreatit ağrılarını azaldır. Pankreatit  zamanı  balqabaq tumu bağırsaqların təmizlənməsinə, iltihabın yox olmasına, qəbizliyin aradan qalxmasına kömək edir.  Tərkibindəki liflər sayəsində balqabaq tumu “çölə çıxmağı” asanlaşdırır. 

Qəbizlik zamanı. 
1 stəkan qaynar suya 1 çay qaşığı balqabaq tumu əlavə edin. 30 dəq gözləyin, sonra suyu için, tumları yeyin. Əlavə olaraq, gündə 20 ədəd balqabaq tumu yemək də bağırsaqlara faydalıdır.  Belə ki, malik olduqları liflər sayəsində bağırsaqda hərəkətliliyi təmin edirlər.  Balqabaq tumunu 5:1-ə nisbətində bala qatın. Alınan qarışımı gündə 3 dəfə, hər dəfə yeməkdən qabaq yeyin. Qarışım təkcə mədə-bağırsaq traktatındakı iltihablanmanı aradan qaldırmaqla qalmır, həmçinin,   viruslarla və bakteriyalarla mübarizə aparmaqda orqanizmə kömək edir. 

Babasil zamanı. 
 Narahatlığın əsas səbəblərindən biri qəbizlikdir.  Balqabaq tumları bağırsağın gərginliyini özünə qaytarır, onun hərəkətliliyini artırır. Bu da babasil üçün əsl profilaktik tədbir sayılır.  Belə halda, tumları çiy-çiy yemək yaxşıdır ki,  tərkibindəki bütün faydalı elementlər orqanizmə daxil olsun. Lakin bu, o demək deyil ki, gedib-gəlib ovuc-ovuc yeməlisiniz. Balqabaq tumunu da müəyyən nizamda yemək lazımdır ki, orqanizmə zərər vurmasın.  Yumşaq olması üçün qaynar suda saxlamaq yetərlidir.  Gün ərzində 80 qramdan çox yeməməyə diqqət edin. 

Qaraciyər xəstəlikləri zamanı. 
Xüsusilə, yaşlı insanlar qaraciyərdən çox əziyyət çəkirlər.  Ölçünü nəzərə alaraq yeyilən balqabaq tumları xəstəliklərin irəliləməsini yavaşladır, iltihablanmanı hüceyrə səviyyəsində belə, azaldır, qaraciyərin iş qabiliyyətinin özünə qayıtmasına vəsilə olur. Qaraciyər xəstəliklərindən qaynaqlanan bağırsaq problemləri, mədə yanmaları da bu tum sayəsində aradan qalxır.  
Pankreatit və qastrit zamanı həkimlər balqabaq yağı məsləhət görür. Bundan əlavə,  şəkərli diabet zamanı qlükozanın miqdarını nəzarətdə saxlamaq üçün də balqabaq tumu əvəzsizdir.  
Ateroskleroz`un profilaktikası zamanı da balqabaq tumu köməyə çatır.  Belə ki, tumlar artıq yağları orqanizmdən xaric edir, damarları təmizləyir. Yenə təkrar edirəm: maksimal faydalanmaq üçün tumları çiy-çiy yemək lazımdır. Acqarına qəbul edilən tumlar bəzi adamlarda qusma yaradır.  Həddən artıq yeyildikdə, tərkibindəki salisil turşusu səbəbiylə zəhərlənməyə səbəb ola bilər.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sahibə Qafarova BMT-nin Cenevrədəki Ofisinin Baş direktoru ilə görüşüb
Magistraturaya qəbulun yekun nəticələri açıqlandı
Razi Əliyeva işində son şahidlər dindirildi

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib