Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86205
az

Kapital Bank sahibkarlar üçün cari hesabdan QR nağdlaşma xidmətini təqdim edir

12:5604 Aprel, 2023
192
CƏMİYYƏT
  • A

Kapital Bank sahibkarlar üçün cari hesabdan QR nağdlaşma xidmətini təqdim edir

 

Kapital Bank ölkədə ilk dəfə olaraq hüquqi şəxslər və fərdi sahibkarlar üçün daha bir rahat funksiyanı təqdim edir. Belə ki, artıq Müştəri Bank istifadəçiləri həm iOS, həm də Android əməliyyat sistemli cihazlar üzərindən mümkün olan QR nağdlaşdırma vasitəsilə nağdlaşdırma əməliyyatını birbaşa cari hesabdan edə biləcəklər.

 

Yenilik sayəsində artıq sahibkarlar filiala gəlib vaxt itirməyəcəklər, həmçinin cari hesabdan vəsait nağdlaşdırmaq üçün çek kitabçasını gətirmək, onu doldurmaq, imzalamaq kimi işlərdən azad olunacaqlar. İndiyədək bu proses yalnız kart hesabından mümkün idi. QR vasitəsilə cari hesabdan nağdlaşdırma əməliyyatını Kapital Bank-da hesabı olan və Müştəri Bank sistemindən istifadə edən sahibkarlar və hüquqi şəxslər həyata keçirə bilərlər. Xidmətdən istifadə etmək üçün keçid – //onelink.to/ej5bbu.

 

Qeyd edək ki, Müştəri Bank tətbiqi vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: ölkədaxili və ölkəxarici köçürmələr, büdcə ödənişləri, əməkhaqqı kartlarına mədaxil, biznes kartlarının sifarişi, mobil POS-terminalların sifarişi və istifadəsi, konvertasiya əməliyyatları, hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat, QR vasitəsi ilə biznes kartlardan nağdlaşdırma və s.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
“Ağ çiçəyim”dən geriyə qalan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
Baş nazir qərar imzaladı, iki nazirliyə TAPŞIRIQ VERDİ

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi