Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86089
az

Biləsuvarda əməliyyat: Xeyli sayda tutulan var

09:1403 Aprel, 2023
1867
CƏMİYYƏT
  • A
Biləsuvarda keçirilən əməliyyatlar zamanı 18 kiloqram narkotik və silah-sursat aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu24.com-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri ardıcıl əməliyyat tədbirləri ilə İranda yaşayan narkotacir vasitəsilə əldə etdiyi külli miqdarda müxtəlif növ güclü təsiredici xassəyə malik narkotik vasitələri paytaxt ərazisinə gətirmək istəyən və qanunsuz olaraq silah-sursat saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar. Belə ki, şöbə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir zamanı Bakı şəhər sakin Elvin Süleymanov Biləsuvar rayonu ərazisində saxlanılıb. Ona məxsus idman çantasından 18 kiloqram, o cümlədən 5 kiloqram heroin, 4 kiloqram metamfetamin, 6 kiloqram tiryək, 2 kiloqram marixuana və 1 kiloqram həşiş qətranı aşkar edilərək götürülüb. Araşdırma zamanı saxlanılan şəxsin narkotik vasitələri satmaq məqsədi ilə Bakı şəhərinə apardığı müəyyən edilib. Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat tədbiri zamanı qanunsuz olaraq narkotik vasitə və odlu silah-sursat saxlamaqda şübhəli bilinən rayon sakini Asif Mayılov saxlanılıb. Ondan narkotik vasitə olan heroin, 1 ədəd “AK-74” markalı avtomat, 2 ədəd daraq və 30 ədəd patron aşkar olunaraq götürülüb. Qeyd edək ki, Şöbə əməkdaşları tərəfindən son 1 ay ərzində keçirilən əməliyyatlar nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən ümumilikdə 19 nəfər saxlanılaraq məsuliyyətə cəlb olunub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sahibə Qafarova BMT-nin Cenevrədəki Ofisinin Baş direktoru ilə görüşüb
Magistraturaya qəbulun yekun nəticələri açıqlandı
Razi Əliyeva işində son şahidlər dindirildi

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib