Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
85102
az

Bakıda əməliyyat: “Kalaşnikov”la saxlanıldılar - VİDEO - FOTO

17:3018 Mart, 2023
210
CƏMİYYƏT
  • A

Onlardan 2 ədəd "Kalaşnikov" avtomatı və 1 ədəd tapança aşkar edilib

Nizami Rayon Polis İdarəsi, 24-cü Polis Şöbəsi və 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən silsilə əməliyyatlar nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxslər saxlanılıblar.

DİN-dən bildirilib ki, tədbirlər zamanı Ramil Məmmədli, Eldəniz Əliyev və Ümid Qafarov tutularaq istintaqa təqdim ediliblər. Ramil Məmmədlinin üzərindən, eləcə də idarə etdiyi avtomobildən 1 ədəd "Kalaşnikov" markalı avtomat, 1 ədəd daraq, 12 ədəd patron, psixotrop maddə olan metamfetamin, Ümid Qafarovdan həmçinin 1 ədəd "Kalaşnikov" avtomatı,1 ədəd daraq, 9 ədəd patron, Eldəniz Əliyevdən isə "Brauning" markalı tapança və 2 ədəd patron aşkar olunub. Saxlanılan şəxslər odlu silah-sursatları bir müddət əvvəl əldə etdiklərini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özlərində saxladıqlarını bildiriblər. Araşdırma zamanı saxlanılan şəxslərdən biri - Ramil Məmmədlinin sosial şəbəkələrdə "Salamat Ramil" adı altında cinayətkarlığı təbliğ edən paylaşımlar etdiyi də məlum olub.

Aşkar edilən faktlarla bağlı Nizami Rayon İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
“Ağ çiçəyim”dən geriyə qalan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
Baş nazir qərar imzaladı, iki nazirliyə TAPŞIRIQ VERDİ

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi