Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84984
az

"BMT bu məsələdə Azərbaycanı dəstəkləməyə davam edəcək"

18:2016 Mart, 2023
68
CƏMİYYƏT
  • A

BMT erməni işğalından azad olunmuş Azərbaycan ərazilərində minatəmizləmə prosesini dəstəkləməyə davam edəcək.

OXU24.COM  Trend-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan ağacəkmə aksiyasında deyib.

Onun sözlərinə görə, minatəmizləmə prosesi BMT-Azərbaycan tərəfdaşlığının prioritet istiqamətlərindən birini təşkil edir.
Ətraflı

"Biz minatəmizləmə prosesinə yönəlmiş ikinci konfransa hazırlaşırıq. Konfrans 2023-cü ilin may ayında Ağdamda keçiriləcək. Konfransın əsas məqsədi Azərbaycanın digər təcrübədən nəticələr çıxarmasına kömək etmək, həmçinin, erməni işğalından azad olunmuş Azərbaycan ərazilərində minatəmizləmə prosesində ANAMA-nın uğurlarını nümayiş etdirməkdən ibarətdir", - Andreyeva əlavə edib.

Qeyd edək ki, 16 mart 2023-cü il tarixində Ağdamda Azərbaycan hökuməti ilə BMT-nin ölkədə fəaliyyət göstərən sistemi arasında yüksək səviyyəli strateji məsləhətləşmələr keçirilir.

Tədbirdə 35-dən çox dövlət rəsmisi və BMT nümayəndələri iştirak edir. Tədbir Azərbaycanın davamlı inkişaf məqsədlərinə nail olunmasının sürətləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinin rolu, humanitar yardım, ətraf mühitin mühafizəsi, su ehtiyatlarından səmərəli istifadə və Azərbaycan ilə BMT arasında əməkdaşlığın digər istiqamətlərinə həsr olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Arzuları yerinə yetirən sehirli ot – Zəncirotu barədə bilmədiklərimiz
Putin tərcüməçidən üzr istədi - VİDEO
Azərbaycanlı şairin son durumu açıqlandı - FOTO

6 yaşlı qız yeganə qəribə genlə doğulub

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Cinayətdə şübhəli bilinən 71 nəfər saxlanıldı