Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84017
az

Abşeronda 37 yaşayış binası "sahibsiz" qalıb - VİDEO

21:3207 Mart, 2023
111
CƏMİYYƏT
  • A

Fasadları 6 il əvvəl sökülmüş yaşayış binaları indiyə kimi təmir edilməyib.

OXU24.COM  Xəzər Xəbər-ə istinadən xəbər verir ki, 2017-ci ildə Abşeron rayonu, Məhəmmədi qəsəbəsi Əziz Əliyev küçəsində yerləşən 37 yaşayış binasının fasadı tezalışan materialdan olduğu üçün  sökülüb. Ancaq həmin vaxtdan bəri binalara yeni üzlük vurulmayıb.

Fasadı olmayan 37 binada yaşayan 1775 ailə soyuq havalarda rütubətdən əziyyət çəkirlər.

Fasadsız binalar həm də qəsəbənin estetik görüntüsünü pozur.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirildi ki, həmin binalar "Məhəmmədi" MTK tərəfindən tikilib. Fasadlar da özəl şirkət tərəfindən yenisi ilə əvəz olunmalıdır. Sözügedən tikinti şirkəti isə artıq fəaliyyət göstərmir. Bu səbəbdən də işlər yarımçıq qalıb.

Bir sözlə, tikinti şirkəti olmadığı üçün bina sahibsiz qalıb. Nəzarətsiz qalan binaya isə sahib çıxan tapılmır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qazaxda minaya düşən hərbçinin GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO
Avropa çempionumuzdan İLK AÇIQLAMA:
Azərbaycanlı general vəfat etdi - FOTO