Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83504
az

Tez ölməmək üçün ƏN SADƏ ÜSUL: Gözlərinizi yumun və...

23:3526 Fevral, 2023
115
  • A

Yaxşı yuxu həm də yaxşı ömür deməkdir və yuxu nə qədər yaxşı olarsa, insan bir o qədər çox yaşaya bilər. 

OXU24.COM  xəbər verir ki, bu barədə "MedikForum" məlumat yayıb.

Alimlərin fikrincə, hər hansı səbəbdən ölümlərin təxminən 8%-i keyfiyyətsiz yuxu ilə əlaqələndirilə bilər. Onlar əlavə edirlər ki, yaxşı yuxu insanların uzunömürlülük şansını ciddi şəkildə artırır. İnsan nə qədər yaxşı yatırsa, bir o qədər çox yaşaya bilər.

"Yalnız lazımi  qədər yatmaq kifayət deyil. Bədənin həqiqətən yuxuda dincəlməsi vacibdir və yuxuya getməkdə heç bir problem olmamalıdır",-deyə alimlər xəbərdarlıq ediblər.

Tədqiqatçılar yaxşı yuxunun gözlənilən ömür müddətinə təsirini beş amillə əlaqələndiriblər: 

*Gecə 7-8 saat yuxu; 
*Həftədə iki dəfədən çox yuxuya getməkdə çətinlik çəkməmək; 
*Yuxu həbləri istifadə etmədən yatmaq; 
*Həftədə iki dəfədən çox olmayan erkən oyanma;
*Oyandıqdan sonra rahatlıq hissi.

İnsanın həyatında bu beş amil nə qədər çox olarsa  nə qədər yüksək olarsa, yuxu bir o qədər keyfiyyətli və sağlam sayılır.

Keyfiyyətli yuxunun bütün beş amilinə sahib olanlar arasında orta ömür kişilər üçün 4,7 il, qadınlar üçün isə 2,4 il daha uzundur. 

"Xüsusilə, yuxunun keyfiyyəti bütün beş amilə cavab verirsə, hər hansı səbəbdən vaxtından əvvəl ölüm riski 30 faiz, ürək-damar xəstəliklərindən 21 faiz, xərçəngdən 19 faiz və digər xəstəliklərdən 40 faiz azalır" , - deyə araşdırma müəllifləri bildiriblər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Arzuları yerinə yetirən sehirli ot – Zəncirotu barədə bilmədiklərimiz
Putin tərcüməçidən üzr istədi - VİDEO
Azərbaycanlı şairin son durumu açıqlandı - FOTO

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Cinayətdə şübhəli bilinən 71 nəfər saxlanıldı