Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83179
az

Diş kistası

09:1722 Fevral, 2023
90
CƏMİYYƏT
  • A

Diş kistası çənədə bərk qişalı boşluqdur. Diş kistası iltihabi maye ilə dolu olan kapsula şəklində olan bir törəmədir. Əgər onun ölçüləri 0,5 mm-dən kiçikdirsə qranuloma adlanır. Böyük ölçülü törəmə oduqda bu, əsil kista adlanır. Rentgen şəkildə kista aydın konturlara malik tünd oval şəklində görünür.
Dış kistasının növləri:
-radikulyar kista - dişin kökündə yaranır. Bu patologiyaya səbəb xroniki, müalicə olunmayan periodontit olur.
-ilkin kista-keratokista adlanır, dişin inkişafı pozulduqda baş verir.
-follikulyar kista dişlərin çıxmayan hissəsinin infeksiyalaşması nəticəsində əmələ gəlir.
-paradental və ya retromolyar kista - ağıl dişinin xroniki iltihabı və ya diş çıxarma zamanı əmələ gələn törəmədir.
-rezidual kista - diş çəkildikdən sonra diş sümüyündə əmələ gəlir.
-diş çıxartmaq kistası - 7-11 yaşlarda uşaqlarda diş çıxartma zamanı yarana bilər.
Səbəbləri:
Əsas səbəbi diş toxumasına infeksiyanın düşməsi nəticəsində olur. Bu vəziyyət dişin kariyesi, dişləri müalcə etmədikdə, diş kanallarını düzgün müalicə etmədikdə, burun-udlağın travma və infeksiyalarında, inkişaf qüsurları nəticəsində baş verir. Kista haymorit nəticəsində də inkişaf edə bilər.
Simptomları:
Uzun müddət kista heç cür biruzə vermir, bu zaman diş toxuması dağılmağa başlayır. Böyümüş kista diş, baş ağrısı verə bilər, ümumi vəziyyət pisləşir, hərarət qalxır, limfa düyünləri böyüyür. Kista xaricdən irinləyir, diş əti şişir.
Ağırlaşmaları:
-abses - irinli ağırlaşma
-flyus - periostuniltihabı
-üzdə və boyunda fleqmona, yumşaq toxumaların iltihabı
-kista nahiyəsində dişlərin tökülməsi
-xosxassəli şişlər
-xərçəng
Müalicə:
Vəziyyətdən asılı olaraq stomatoloq terapevtik və ya cərrahi müalicə aparır. Konservativ müalicədə diş kanalı spesifik dərmanlarla yuyulur və plomblanır. Cərrahi müalicədə diş ətindən kəsik aparılır, sonra sintetik materiallarla əvəz olunur, antibiotiklər təyin olunur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin tərcüməçidən üzr istədi - VİDEO
Azərbaycanlı şairin son durumu açıqlandı - FOTO
Dönər alarkən bunlara diqqət etmək lazımdır

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi