Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82808
az

Azərbaycan könüllüləri zəlzələ bölgəsində fəaliyyətini davam etdirir – Foto

21:0615 Fevral, 2023
131
CƏMİYYƏT
  • A

Türkiyədə zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycan könüllüləri fəaliyyətlərinin növbəti günündə də yerli əhaliyə müxtəlif xidmətlər göstəriblər. Könüllülər ənənəvi olaraq dörd fərqli məntəqədə qida, yardım və dərmanların paylanılması işini təşkil edib, ərazinin tullantılardan təmizlənməsini və digər fəaliyyətləri həyata keçiriblər.

Azərbaycan Gənclər Fondundan Busaat.az-a bildirilib ki, könüllülərin fəaliyyət göstərdiyi ərazidə müxtəlif təyinatlı dörd yeni çadır quraşdırılaraq istifadəyə verilib. Eyni zamanda, könüllülərin fəaliyyət ərazisində paylama məntəqəsi quraşdırılıb və ilkin olaraq yerli əhaliyə su və çay, axşama yaxın isə Azərbaycandan gətirilən qida və odun sobaları paylanılıb.

Həmçinin könüllülər Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) şəhərin müxtəlif ərazilərində çadırlarının qurulmasında da iştirak ediblər. Gün ərzində Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) nümayəndələri könüllülərin düşərgəsini ziyarət edib, yaşayış və xidmət sahələri, eləcə də könüllülərin qida rasionu və dərman ehtiyatları ilə yerindəcə tanış olub. Əlavə olaraq, şəhərdə yerləşdirilmiş hərbi kontingentin nümayəndələri və eləcə də Türkiyədə QHT-lərlə işə məsul olan aidiyyəti qurumun rəhbərliyi də könüllülərimizin fəaliyyət göstərdiyi əraziyə baş çəkib.

Ötən gün ərzində könüllü gənclərimiz səyyar xidmət üzrə yardımların paylama qruplarının tərkibində iştirak edərək, zəlzələdən zərərçəkmiş dörd kəndə xidmət edib. Eləcə də tibb təhsilli könüllülərimiz tərəfindən 10-dan çox yerli sakinə tibbi xidmət göstərilib.





Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu şəxslər hər gün yumurta yeməlidir
İlk görüşdən sonra əlaqəni necə davam etdirmək olar?
Yayda döymə etdirməyin! - Mütəxəssisdən XƏBƏRDARLIQ

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Kürdəmirdə narkotikin satışı ilə məşğul olan şəxs saxlanıldı