Qaynar xətt:

(+99450) 247 90 86

Temperatur enəcək, yağış və qar yağacaq - XƏBƏRDARLIQ

CƏMİYYƏT

579

25.12.2018, 14:09

\"\" Bakıda və Abşeron yarımadasında yaxın üç gün ərzində küləkli hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir güclənən cənub-qərb küləyinin güclü şimal-qərb küləyi ilə əvəz olunacağı, dekabrın 28-də arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək. Bu barədə Oxu24.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Rayonlarda dekabrın 27-28-də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.