Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81597
az

İnzibati Xətalar Məcəlləsində daha bir dəyişiklik edilib

21:4701 Fevral, 2023
135
CƏMİYYƏT
  • A

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2022-ci il 16 dekabr tarixli Qanunun qüvvəyə minməsi ilə əlaqədar “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda da dəyişiklik edilib.

 

Oxu24.com  xəbər verir ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında 4.52-ci bənddən “həmin Məcəllənin 346.1-ci və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsinin yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallara münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya Bakı Nəqliyyat Agentliyi, habelə” sözləri çıxarılıb.

 

Bu maddələr - 346.1. dayanma və ya durma qaydalarını pozmağa görə - iyirmi manat məbləğində cəriməni, 346.2. isə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə qırx manat məbləğində cəriməni nəzərdə tutur.

 

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Nazirliyin sabiq xanım əməkdaşı yüksək vəzifəyə təyin olundu
Azərbaycanın su ehtiyatları 15 faizədək azalıb
Bu şəxslər hər gün yumurta yeməlidir

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Kürdəmirdə narkotikin satışı ilə məşğul olan şəxs saxlanıldı