Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80195
az

"Belə kişi kimə lazımdır ki?"

17:4005 Yanvar, 2023
103
CƏMİYYƏT
  • A

15 yaşımdan toylara getmişəm. Vaxt olub ki, 3 mağazam olub. Hər şeyi özüm üçün təkbaşına etmişəm. Su gələn arxa bir də gələr. Allah yıxılmağa qoymayıb. Ondan çox razıyam. Verən də Alllahdır, alan da Allah. Şükürlər olsun bu günümüzə"

OXU24.COM  xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış müğənni Mənzurə Musayeva deyib. 

"Gənc nəsil özünü reklam etməyi, sosial şəbəkələrdə paylaşmağı bacarır. Biz bir az bundan geri qalmışıq. İnstaqram səhifəmi işlədirlər, heç özüm işlədə bilmirəm. Ara-sıra baxıram, yazılan mesajlarla maraqlanıram. İstəsəydim öyrənərdim, amma buna həvəsim və vaxtım yoxdur. Sənət adamı heç vaxt pis insan ola bilməz. Onun gözəl ürəyi olmasa gözəl mahnılar ifa edib, xalqa sevdirə bilməz. Mən heç vaxt sənətçinin pis tərəfini görmürəm. Bəlkə də var, amma ona da gözəl gözlə baxmışam" deyə müğənni bildirib.
Mənzurə Musayeva bildirib ki, ailədə hörmət qarşılıqlı olmalıdır.

"Kişi xanımına qarşı məsuliyyətli olub, onun qulluğunda dayanmalıdır. Elə bəylərimiz var ki, özləri qulluq istəyir. Təbii ki, xanım da kişiyə diqqət göstərməlidir. Bu hörmət və diqqət yarıbayarı olmalıdır. Xanımı diqqətsiz qoyan kişi kimə lazımdır ki? Hər bir qadının xoşbəxt olmağa haqqı var. Amma həyatımdakı bəzi xoşbəxtlikləri qaçırmışam. Xoşbəxtlik bir andır, hər zaman sənin həyatında olmur" deyə müğənni bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin tərcüməçidən üzr istədi - VİDEO
Azərbaycanlı şairin son durumu açıqlandı - FOTO
Dönər alarkən bunlara diqqət etmək lazımdır

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi