Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78170
az

Mədə yanması mədə turşusunun həddindən artıq çoxalmasıdır -MÜTƏXƏSSİS DANIŞDI

17:4507 Dekabr, 2022
85
CƏMİYYƏT
  • A

“Bir çox hallarda insanlar yemək yedikdən sonra mədə yanmasından və yaxud qıcqırma kimi əlamətlərdən şikayət edirlər. Bu, bir çox hallarda mədədə sancılanma, qarın nahiyəsində ağrılar kimi də özünü göstərir. Bu hallar, ilk növbədə əsasən, həzmi çətin olan, sanitar-gigiyena qaydalarına uyğun olmayan şəkildə hazırlanan qidaları qəbul edildikdə rast gəlinir. Bundan başqa kofe, çay, qazlı və rəngli içkilər, eyni zamanda, ədviyyatlı, çox acılı, yağlı, duzlu qidalar var ki, onları da qəbul etdikdə mədədə yanma hissi meydana çıxır”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib.

Onun sözlərinə görə, bu, artıq davam edirsə, bir çox qidaların qəbulundan sonra artıq tez-tez bu hal baş verirsə, bu, bir çox hallarda mədədə qastrit, xora və digər orqanların xəstəliklərinə gətirib çıxarır: “Bu orqanlar isə dalaq, mədəaltı vəz, diafraqmadır.

İlk növbədə, hansı qidaya qarşı həssaslıq varsa, onu bilmək lazımdır. Yuxarıda qeyd olunan qidaları isə, ümumiyyətlə, rasionumuzdan çıxarmalıyıq. Çünki mədə yanması mədə turşusunun həddindən artıq çoxalması və qida borusundan yuxarıya doğru gəlməsi deməkdir. Bir çox hallarda da bu, ağızda acı, xoşagəlməz dad kimi də özünü göstərir. Ona görə mütləq şəkildə həmin qidalardan uzaq durmaq lazımdır. Əgər mədə yanması baş verirsə, bir çox hallarda biz bunu qidalarla da aradan qaldıra bilərik. Birinci növbədə bilmək lazımdır ki, əgər çay, kofe həddindən artıq çox içilirsə, davamlı olaraq mədə yanmasına səbəb olursa, bunları qida rasionumuzdan çıxarıb, yerini bitki çayları ilə əvəz etməliyik. Bundan başqa ev üsulu hazırlanmış qatıq, kefir, yoqurtlardan istifadə etmək olar. Düyü də mədə yanmasına kömək edən qidalar sırasındadır. Ancaq həddindən artıq yağlı bişirilməməlidir. Yulaf sıyığı, əzməsi, banan bu qidalar da orqanizmdə mədə yanmasını tez bir zamanda aradan götürən vasitələrdəndir. Bəzən də insanlar qazlı sulardan istifadə edir ki, əslində, qazlı su təbiidirsə, mədə turşusunu balanslaşdırıb, yanmanı aradan götürə bilər. Amma qazlı su yoxdursa, bir stəkan suya soda qarışdırıb az-az qəbul etməklə yenə də mədə yanmasını aradan qaldırmaq olar. Eyni zamanda, çobanyastığı, kəklikotunu dəmləyib, içmək də çox faydalıdır. Daha sonra nanə, limonlu, darçınlı su da mədə yanmasına kömək olur.

Uzun müddət yanması aradan qalxmasa, artıq insanlarda iştahsızlıq, ürəkbulanma və qusmaya da səbəb ola bilər. Ümumiyyətlə, qarşısı alınmadıqda ciddi xəstəliklərə yol açdığı üçün mədə yanması uzun müddət davam edərsə, mütləq tədbir görülməlidir”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dönər alarkən bunlara diqqət etmək lazımdır
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
“Ağ çiçəyim”dən geriyə qalan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi