Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77124
az

Şəhidimiz MAXE Qoşqar Vəliyevin şəhid olduğu gündür

09:3022 Noyabr, 2022
85
CƏMİYYƏT
  • A

Bu gün qəhrəman şəhidimiz MAXE Qoşqar Vəliyevin şəhid olduğu gündür.

Oxu24.com xatırladır ki, Vəliyev Qoşqar Nuruş oğlu 12.04.1989-cu ildə Füzuli rayonu, Kərimbəyli kəndində anadan olub. Qoşqar 2016-cı il aprel döyüşlərində fəal iştirak edib. O, Sentyabrın 27-dən döyüş başlayanda Əbdürrəhmanlı istiqamətində cəbhənin yarılmasında böyük şücaətlər göstərib.

Qoşqar ilk sırada olduğu üçün bütün hədəfləri dəqiq vurur, son mərmisinə kimi döyüşür. Son bir mərmisi qalır və bu vaxtı xain düşmən Qoşqarın tankını vurur və Qoşqar yaralanır.
Qoşqar yaralı olmasına baxmayaraq, onun tankını vuran erməni postunun yerini təyin edir və son mərmisi ilə hədəfi məhv edir. Tankı yüngül xəsarət alsa da tankdan düşüb qaçmağı bacarır, qaçdıqları zaman yenidən Qoşqarın tankını bu dəfə partladırlar. Bu zaman o, partlamadan kəllə bəyin travması alır. 20 gün xəstəxanada müalicə alır. Müalicəsi başa çatmamış öz istəyi ilə, döyüşmək üçün cəbhəyə geri qayıdır. Noyabrın 1-də yenə döyüş meydanında vuruşur.

O, bu dəfə Xocavənd rayonunun azad edilməsində iştirak edirdi. Noyabrın 2-də səhər saatlarında ağır döyüşlərin getdiyi zamanda yenə tankı vurulur və o, bu dəfə də zirehli texnikasından sağ xilas olmağı bacarır. Xəstəxanada müalicəsini yarımçıq qoyaraq xidmətə başlayır. Qoşqar Hadrut rayonuna göndərilir.

Noyabrın 22-də Şuşa şəhərinin yaxınlığında düşmən texnikasını götürməyə getdiyi zaman havanın qatı dumanlı olmasından, qar yağmasından və heç bir yeri görmək mümkün olmadığından texnikanın dağa çırpılaraq oradan aşağı düşməsi zamanı qəhrəmancasına Şəhid olub.

Şəhidimiz ailəli idi. Nurəddin və Aişə adlı övladları Vətənə əmanətdir.

O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda”, "Cəsur döyüşçü", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

 

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sumqayıtda itkin düşən məktəbli tapılıb
Komaya düşən şəxs xəstəxanada vəfat edib
Bakıda