Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75792
az

Yodun qiyməti kəskin bahalaşıb - FOTO

19:3204 Noyabr, 2022
132
CƏMİYYƏT
  • A

 Azərbaycanda yodun qiyməti kəskin bahalaşıb.

OXU24.COM  "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə də məlumat yayılıb. Qeyd olunur ki, əvvəllər 40 qəpiyə satılan yod hazırda 1.20 manatadır.

Məsələni dəqiqləşdirmək üçün Bakıda yerləşən bir neçə iri aptek şəbəkəsinə müraciət etdik. Apteklərdən bəzilərində yodun hələ də 40 qəpiyə satıldığı deyilsə də, digərlərində qiymətin artıq 1 manat 19 qəpiyə qaldırıldığı bildirildi. 

Məlumat üçün bildirək ki, Tarif (qiymət) Şurasının 26 oktyabrda keçirilən iclasında yeni dövlət qeydiyyatına alınan 76 dərman vasitəsinin qiyməti təsdiq edilib. Həmin siyahıda yod da əlavə olunub. Bu siyahıda bir neçə ölkə istehsalı olan yod var.

Ancaq hazırda apteklərdə satışda olan əsasən Rusiyanın Yaroslav əczaçılıq fabrikinin 5 faizli 10 ml olan məhsuludur. Onun pərakəndə qiyməti oktyabrın 31-dən 1,19 manat müəyyən edilib. Tarif  Şurasının siyahısında olan qiymətlərdən biri dərmanların topdan, digəri pərakəndə satış qiymətidir. Məsələn, aptek yodu 0,99 manata alıb, 1,19 manata satmalıdır.

Qeyd edək ki, artımdan əvvəl apteklərdə bu məhsulun qiyməti 30-40 qəpik arasında idi. 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin tərcüməçidən üzr istədi - VİDEO
Azərbaycanlı şairin son durumu açıqlandı - FOTO
Dönər alarkən bunlara diqqət etmək lazımdır

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi