Xəbər verdiyimiz kimi, Rusiyalı jurnalist, teleaparıcı Kseniya Sobçak ötən gecə Rusiyanı tərk edərək Belarus ərazisi ilə Litvaya gedib.
OXU24.COM axşam.az-a istinadən xəbər verir ki, o, Belarus və Litva sərhədini piyada keçib. Həmin anlar sərhəddəki kameralara tuş gəlib.
Qeyd edək ki, ötən gün səhər saatlarında Sobçakın Moskva vilayətindəki bağ evində axtarış aparılıb. Axtarışın Sobçakın kommersiya direktoru Kirill Suxanova qarşı iş üzrə aparıldığı bildirilib. Daha sonra eyni məsələ ilə bağlı "Tatler" qəzetinin keçmiş baş redaktoru Arian Romanovskinin də saxlanıldığı məlum olub. Sobçak Rusiya Federasiyası Cinayət Məcəlləsinin 163-cü maddəsinin 3-cü hissəsinin "b" bəndi ( külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) ilə şübhəli bilinir. Sobçakın 15 ilə qədər həbsi nəzərdə tutulur.
Oxu24.com
ŞƏRHLƏR