Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
72973
az

Məhkəmə Flora Kərimova ilə bağlı qərar verdi

00:0512 Avqust, 2022
153
CƏMİYYƏT
  • A

Xəbər verdiyimiz kimi ötön gün Nəsimi Rayon Məhkəməsində xalq artisti Flora Kərimova barəsində xüsusi ittiham qaydasında Afət Fərman qızının və Ülviyyə Alovlunun verdiyi şikayətlər üzrə məhkəmə prosesi keçirilib. Hakim Solmaz Mustafayevanın sədrliyi ilə keçirilən iclasda hər iki şəxsin verdiyi xüsusi ittiham qaydasında şikayətləri icraata qəbul etməyib. 

OXU24.COM xəbər verir ki, moderator.az xalq artisti Flora Kərimova ilə əlaqə saxlayıb. O məsələyə vəkili Xavər İsmayılovanın münasibət bildirməsini məqsədə uyğun hesab etdi. Sənətkarın vəkili saytımıza bu sözləri deyib.

"Flora Kərimova haqda xususi ittiham qaydasında verilmiş  Afət Fərman qızının və Ülviyə Muradovanın şikayətləri Azərbaycan Respublikasının cinayət məcəlləsinin tələblərinə uymadığından icraata qəbul olunmadı. Ülviyyə Muradovanın işinə dövlət tərəfindən təyin edilmiş vəkil Nail Aslanov da Flora Kərimovanın müdafiəçisi kimi iştirak etmişdir" deyə o bildirib.

Xavər İsmayılova onu da qeyd etdi ki, Avqust ayının 10-u 2022-ci il tarixində Flora Kərimovanın iddiası üzrə Afət Fərman qızının Nərimanov rayonunda verilmiş ərizəsinə məhkəmədə hazırlıq iclası olacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xərçəngdən qoruyan ən güclü ədviyyat
Baş ağrısının yeni genetik səbəbi TAPILDI
Dünyanın ilk arxa kameralı avtomobili - VİDEO

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Xırdalanda soyğunçuluq edən şəxs tutuldu