Tovuz rayonunun İbrahim Hacılı kəndində dəhşətli hadisə baş verib. Kənd sakini 68 yaşlı Yaqut Quliyevaya məxsus sahəsi 144 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və yaxınlıqda sahəsi 115 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 25 m² sahədə yanıb.
Ev yanaraq kül olub, içindəki 70 və 68 yaşlı iki qadın yanaraq ölüblər. Heç kim də evə girib onlara kömək edə bilməyib. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, Yaqut Quliyeva və qonşusu həm də qohumu Həqiqət Cabbarovanın meyitləri tapılıb.
Köməkçi tikili və evin yanar konstruksiyaları əşyaları ilə birlikdə tamamilə yanıb. Yaxınlıqdakı tikililər isə yanğından mühafizə olunub.
Hadisə ilə əlaqədar təhqiqat aparılır.
OXU24.COM xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:
Oxu24.com
ŞƏRHLƏR