Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
71889
az

Azərbaycanda gediş haqqı AŞAĞI SALINDI

20:1008 İyul, 2022
178
CƏMİYYƏT
  • A

“Azərbaycan Dəmir Yolları” QSC Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən qatarda mövsümi endirim kampaniyasına start verib.

OXU24.COM  xəbər verir ki, bu gündən etibarən üç ay müddətində sözügedən marşrut üzrə standart yerlər üçün satılan biletlərin qiymətində 25 faizlik endirim tətbiq olunur.

Kampaniya çərçivəsində sərnişinlər standart (ekonom) yerlər üçün 15 manat ödəyərək səfər edə biləcəklər. Biznes və birinci klass yerlərə gediş haqqı dəyişilmədən saxlanılır.

Sərnişinlərin rahatlığını təmin etmək məqsədilə qatar gündəlik fəaliyyət göstərir. Bakıdan 08:00-da yola düşən və Gəncəyə 11:40-da çatan qatar həmin gün 18:00-da Gəncədən çıxır və 21:35-də Bakıda olur. Gəncə istiqamətində yolda olma müddəti 3 saat 40 dəqiqə, Bakıya dönüşdə isə 3 saat 35 dəqiqə təşkil edir.

Bilet alışı zamanı yaşı 18-dən yuxarı olan sərnişinlərdən peyvənd sertifikatı, əks-göstəriş sertifikatı və ya immunitet sertifikatı tələb olunur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin tərcüməçidən üzr istədi - VİDEO
Azərbaycanlı şairin son durumu açıqlandı - FOTO
Dönər alarkən bunlara diqqət etmək lazımdır

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi