Yediyimiz və içdiyimiz çox şey miqren tutmalarına səbəb ola bilər. Miqreni tətikləyən qidalar yalnız digər tətiklərlə birlikdə olduqda bunu edə bilər. Lakin bu birləşmə və ya ümumiyyətlə hər hansı bir tətikləyici fərdiləşmiş formadadır və tədqiqatların aparılmasını çətinləşdirir.
Universal miqren tətikləyicisi kimi bir şey yoxdur. Ancaq bəzi insanlarda miqren epizodlarına səbəb ola biləcək və ya onlara kömək edə biləcək bəzi ümumi tətikləyicilər var.
1. Kofein
Həddindən artıq kofein və kofenin qəbul edilməsi miqren başağrılarına səbəb ola bilər. Lakin Kofein həmçinin yaxınlaşmaqda olan miqren tutmasının qarşısını ala bilər. Həmçinin ara-ara kofeinin istifadəsi başağrısını yüngülləşdirir.
Tərkibində kofein olan qida və içkilərə bunlar daxildir:
- qəhvə
- çay
- şokalad
2. Süni dadlandırıcılar
Bir çox işlənmiş qidalarda süni dadlandırıcılar var. Bunlar şirin dad vermək üçün qidalara və içkilərə əlavə edilən şəkər alternativləridir. Amma bu dadlandırıcılar miqrenə səbəb ola bilər. Xüsusilə aspartamın miqren tutmalarını tətiklədiyi düşünülür.
3. Alkoqol
Alkoqol miqreni tətikləyən ən yayılmış məhsullardan biridir. Aparılan bir araşdırmada miqreni olanların 35%-dən çoxu spirtin ümumi tətiklərindən biri olduğu bildirilib.
Alkoqol susuzlaşmaya səbəb ola bilər ki, bu da başağrılarının inkişafında mühüm rol oynayır.
4. Şokolad
Amerika miqren cəmiyyətinə gğrə şokolad spirtdən sonra miqren tutmaları üçün ikinci ən çox yayılmış tətik olduğu düşünülür. Qeyd olunur ki, bu miqrendən əziyyət çəkənlərin 22%-ə təsir edir.
Şokoladın tərkibində həm kafein, həm də beta-feniletilamin olduğu üçün bu da bəzi insanlarda başağrılarına səbəb ola bilər.
5. Tərkibində MSG (Çin duzu və ya monosodium qlutamat) olan qidalar
Monosodium qlutamat (MSG) bədənimizdə təbii olaraq mövcud olanqlutamik turşusunun natrium duzudur.
MSG müəyyən qidalarda olur və bir çox qidalarda qida əlavəsi kimi mövcuddur. Yemək təhlükəsiz sayılır, lakin bəzi tədqiqatçılar bunun miqren tutmalarını tətiklədiyini vurğulayırlar.
Amerika Miqren Cəmiyyəti qeyd edir ki, bu miqrenli insanların 10-15 %-də şiddətli miqren epizodlarına səbəb ola bilər. Digər konservantlar da insanlarda tətikləyici ola bilər.
6. Qurudulmuş ətlər
Qurudulmuş ətlər, o cümlədə sosiskalar, kolbasalar, vetçinalar hamısı rəng və ləzzəti qoruyan nitratlar adlanan konservantlardan ibarətdir. Bu qidalar qana azot oksidi buraxır ki, bu da beyindəki qan damarlarını genişləndirir. Bu azot oksidinin miqrenə səbəb ola biləcəyi barədə araşdırmalar vardır.
7. Köhnə pendir
Köhnə pendirin tərkibində tiamin adlanan maddə vardır. Qidanın köhnəlməsi zülalların parçalanması nəticəsində olur. Pedir nə qədər köhnədirsə tiamin miqdarı bir o qədər yüksək olacaq.
Tiamin başağrısı və miqreni tətikləyən kimyəvi bir maddədir. Tərkibində tiamin yüksək olan pendirlərə a.ağıdakılar daxildir:
- parmezan
- göy pendir
Ətraflı
- feta
8. Turşu və fermentləşdirilmiş qidalar
Turşu və fermentləşdirilmiş qidalarda da yüksək miqdarda tiamin olur. Bu qidalara aşağıdakılar daxildir:
- turşular
- turşuya qoyulmuş bamya
- kombucha (tərkibində spirt də ola bilir)
- bəzi Koreya yeməkləri
9. Dondurulmuş qidalar
Dondurulmuş qidalar və ya dondurma, ya da bəzi içkilər qəbul etmək başda şiddətli, bıçaqlanan terz ağrılara səbəb olur.
Soyuq qidaları sürətli yedikdə, idman etdikdən sonra və ya həddindən artıq isti qidaları yedikdə miqren tutmalarına çevrilən başağrılarını yaşaya bilərsiz.
10. Duzlu qidalar
Duzlu qidalar, xüsusən tərkibində zərərli qoruyucular da olan duzlu işlənmiş qidalar bəzi insanlarda miqreni tətikləyir.
Yüksək miqdarda duz istifadə etmək miqren tutmalarına səbəb ola bilər.
Miqren tutmalarını önləmək üçün nə etmək lazımdır?
Miqren tutmaları normal həyat fəaliyyətinizi poza bilər. Əgər belə bir vəziyyət yaşayırsınızsa mütləq nevroloqa müraciət edin. Həmçiçinin aşağıda sadalanan vasitələrin də kimyəvi müalicə ilə yanaşı miqreni yüngülləşdirdiyi söylənilir:
- Masaj terapiyası
- Əzələ gərginliyini kimi streesin fiziki göstəricilərini necə kontrol edəbiləcəyimizi oyrədən biofeedback
- B 2 vitamini(riboflavin)
- Maqnezium əlavələri
Həmçinin bəzi yaşam tərzi dəyişiklikləri də miqren tutmalarını yüngülləşdirə bilər:
- Rejimlə yemək yemək
- Kafein qəbulunu azaltmaq
- Bol-bol yatmaq
- Yoqa və meditasiya ilə məşğul olaraq həyatınızdakı stressi azaltmaq
- Parlaq işığa və ya birbaşa günəş işığına baxdığınız müddəti azaltmaq
- Televizor, kompyuter və telefondan fasilələrlə istifadə etmək
- Başağrınızı tətikləyə biləcək qida və içkilərdənlmiş uzaq diyetalar etmək.
Oxu24.com
ŞƏRHLƏR