Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6966
az

Ermənilər Kür çayına zəhər qatııb - DİQQƏT!

12:1212 Noyabr, 2018
904
CƏMİYYƏT
  • A
 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə noyabr ayında növbəti monitorinq həyata keçirib.

Oxu24.com  ETSN-ə istinadən xəbər verir ki, noyabr ayının I ongünlüyündə Kür çayında suyun sərfi oktyabr ayının III ongünlüyünə nisbətən 47,9 m3/san artaraq 147 m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı Şıxlı-2, Ağstafaçay, Ağstafa su anbarında, Araz çayının Horadiz, Bəhramtəpə və I Şahsevəndə məntəqələrində biogen və spesifik çirkləndiricilərin miqdarının normadan dəfələrlə çox olması müşahidə olunub.

Noyabr ayının I ongünlüyündə aparılan monitorinqlərin fiziki-kimyəvi analiz nəticələrinə görə suyun tərkibindəki fenollar Şıxlı-2 məntəqəsində 2,1, Ağstafaçayda-Qazax şəhərində 2,3, Ağstafa su anbarı Musaköy kəndində 1,1, Araz çayı üzrə Horadizdə, Bəhramtəpədə və I Şahsevəndə 2,1-2,2, biogen maddələrdən nitritlərin miqdarının isə 1,5-1,9 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5,83-6,20 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Arzuları yerinə yetirən sehirli ot – Zəncirotu barədə bilmədiklərimiz
Putin tərcüməçidən üzr istədi - VİDEO
Azərbaycanlı şairin son durumu açıqlandı - FOTO

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib