Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69262
az

Putin Azərbaycan və Ukrayna xalqlarını təbrik edib

21:3608 May, 2022
303
CƏMİYYƏT
  • A

Rusiya Prezidenti Vladimir Putin Böyük Vətən Müharibəsində Qələbənin 77-ci ildönümü münasibəti ilə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan və  Özbəkistan  liderlərinə və vətəndaşlarına təbrik ünvanlayıb.

Kremlin saytında gedən məlumata əsasən Putin “Donetsk Xalq Respublikası”, “Luqansk Xalq Respublikası”, Gürcüstan və Ukrayna xalqlarını da təbrik edib.

“Rusiya Prezidenti təbrikində xüsusi olaraq qeyd edib ki, bu gün biz saysız-hesabsız qurbanlar və məşəqqətlər bahasına nasizmi darmadağın etmiş əsgərlərə və arxa cəbhə işçilərinə minnətdarlıq və ehtiramımızı bildiririk”, - təbrikdə deyilir.

Kreml qeyd edib ki, Rusiya lideri təbrikində “bu gün müxtəlif ölkələrin insanlarına bu qədər iztirab gətirən nasizmin dirçəlişinin qarşısını almaq bizim ümumi borcumuzdur” deyə vurğulayıb.

“Müharibə illərində baş verən hadisələr, ümumi mənəvi dəyərlər və qardaşlıq dostluğu ənənələri haqqında həqiqətləri qoruyub saxlamaq və nəsillərə çatdırmaq lazımdır”, - deyə məktubda bildirilir. Putin yeni nəsillərin ata və babalarının xatirəsinə layiq olmasını arzulayıb.

Bundan əlavə, Rusiya Prezidenti Böyük Vətən Müharibəsi veteranlarına və Ukrayna vətəndaşlarına ünvanladığı müraciətdə Böyük Vətən müharibəsində məğlub olanların ideoloji varislərindən qisas alınmasının yolverilməzliyini vurğulayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qazaxda minaya düşən hərbçinin GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO
Avropa çempionumuzdan İLK AÇIQLAMA:
Azərbaycanlı general vəfat etdi - FOTO