Azərbaycanda ƏN AZ Boşanma Olan 10 Rayon Hansılardır?
18 Yanvar 2026, 23:38
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3132
09.04.2022, 19:32
Su üzrə tariflərin differensiallaşdırılması təklif edilir
Azərbaycanda sudan düzgün istifadədə dəqiq uçotunun aparılması təmin edilməlidir.
Oxu24.com xəbər verir ki, bunu “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Zakir Quliyev deyib.
O, martın 28-də Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Sudan ödənişli istifadə Qaydaları”na münasibət bildirərkən deyib.
Z.Quliyev qeyd edib ki, dünyada qlobal iqlim dəyişikliyi fonunda ümumiyyətlə su resursları günbəgün azalır və sudan səmərəli istifadə etmək üçün düzgün uçotu təmin edilməlidir: “Düzgün uçotun təmin edilməsi üçün su təsərrüfatı ilə məşğul olan qurumlarla Fövqəladə Hallar Nazirliyi, Su Ehtiyatları Agentliyi, eyni zamanda, “Azərsu”, Meliorasiya və Su Təsərrüfatı” ASC kimi qurumlar arasında suyun düzgün uçotunun aparılması müəyyənləşməlidir. Eyni zamanda, sudan istifadə edən hər bir vətəndaşın, hər bir su istifadəçisinin əlavə mənbələrdən götürdüyü suya görə suyun tarifi müəyyənləşməlidir. Əsas istiqamət suyun dəqiq uçotun aparılması məsələsidir”.
Həmçinin oxuyun
O deyib ki, 1997-ci ildən etibarən suvarma suyuna tariflər müəyyənləşdirilib: “Suvarma suyu ödənişli əsaslarla istifadə edilir, amma 2006-cı ildə təsdiq edilmiş əsasnaməyə uyğun olaraq hazırlanmış qaydalarda göstərilib ki, suvarma suyuna verilən su, örüş sahələrinə verilən suyun tarifi müəyyənləşsin. Tarif Şurasının 2006-ci ildə verdiyi qərara əsasən, suvarma suyuna hər min kubmetr üçün 50 qəpik, qış otlaq sahələrinə və örüşlərə verilən suyun 1 hektarı üzrə 40 qəpik təsdiq edilib.
Sənaye, digər məqsədlər üçün istifadə edilən sular üçün tariflər müəyyənləşməyib. Yeni qayda bunun davamıdır ki, nəticədə Tarif Şurası bu tarifləri də təsdiq etməlidir”.
SON DƏQİQƏ! Azərbaycanda yüksək vəzifəli polkovnik işdən çıxarıldı
00:29 / 19 Yanvar 2026
45
00:18 / 19 Yanvar 2026
106
23:40 / 18 Yanvar 2026
287
23:38 / 18 Yanvar 2026
78
23:36 / 18 Yanvar 2026
40
22:44 / 18 Yanvar 2026
1202
22:07 / 18 Yanvar 2026
1469
21:58 / 18 Yanvar 2026
225
21:41 / 18 Yanvar 2026
75
21:22 / 18 Yanvar 2026
999
21:15 / 18 Yanvar 2026
23505
21:14 / 18 Yanvar 2026
126
20:59 / 18 Yanvar 2026
741
20:41 / 18 Yanvar 2026
181
20:37 / 18 Yanvar 2026
94
20:15 / 18 Yanvar 2026
138
20:05 / 18 Yanvar 2026
683
20:00 / 18 Yanvar 2026
75
19:58 / 18 Yanvar 2026
104
19:53 / 18 Yanvar 2026
101
19:44 / 18 Yanvar 2026
214
19:29 / 18 Yanvar 2026
120
19:16 / 18 Yanvar 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.