Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67252
az

Azərbaycanda molla qəbiristanlıqda öldü

17:3522 Mart, 2022
277
CƏMİYYƏT
  • A

Azərbaycanda qəbiristanlıqda ölüm hadisəsi baş verib.

"Report"un əldə etdiyi məlumata görə, hadisə Abşeron rayonunun Saray qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə qəbiristanlığında məzarların birinin önündə "Yasin" oxuyan 55 yaşlı İslam Abdullazadə qəfildən dünyasını dəyişib.

Onun ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilir.

Məlumata görə, dünyasını dəyişən şəxs qəsəbənin mollası olub. Hadisə baş verən zaman isə İ.Abdullazadə qəbiristanlığa "Yasin" oxumağa çağırılıbmış.

Əslən Yardımlı rayonundan olan mərhum bu gün Saray qəbiristanlığında dəfn olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qazaxda minaya düşən hərbçinin GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO
Avropa çempionumuzdan İLK AÇIQLAMA:
Azərbaycanlı general vəfat etdi - FOTO