Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
66078
az

DİQQƏT! Ukraynada yaşayan azərbaycanlılara müraciət edildi

19:4726 Fevral, 2022
346
  • A

Diasporla İş üzrə Dövlət Komitəsi Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar bu ölkədə daimi və ya müvəqqəti yaşayan və Azərbaycana təxliyə olunmaq istəyən soydaşlarımıza müraciət edib.

Oxu24.com Komitəyə istinadən xəbər verir ki, müraciətə əsasən Ukraynanın Polşa və Slovakiya ilə sərhədinə yaxın bölgələrdə yaşayan azərbaycanlılar təxliyə olunmaq üçün diaspor fəalı Mahmud Qurbanovla +48 795 759 534, +380 67 768 9272, +380 66 635 6155 və +380 67 738 1592 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.

Diasporla İş üzrə Dövlət Komitəsi soydaşlarımızın Ukraynadan təxliyə edilməsi üçün Azərbaycan Respublikasının müvafiq dövlət orqanları ilə koordinasiyalı şəkildə fəaliyyət göstərir. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, istər Polşa, istərsə də Slovakiya tərəfi Azərbaycan vətəndaşlarından viza tələbinə riayət olunmasını, eləcə də COVID-19 pasportunu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və COVID-19-a dair PCR testinin neqativ nəticəsini mütləq şəkildə tələb etməyəcək.

Qeyd edək ki, Ukraynada, xüsusilə gərginliyin hökm sürdüyü bölgələrdə yaşayan soydaşlarımız hər hansı problem yaranacağı təqdirdə, Ukrayna Azərbaycanlıları Radasında yaradılan operativ qərargahla +380 97 070 0085 telefon nömrəsi və [email protected] email ünvanı ilə əlaqə saxlaya bilərlər.

Soydaşlarımıza hər cür mənəvi və informasiya dəstəyini təmin etmək məqsədilə operativ qərargah 24 saat fəaliyyət göstərir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Səhərlər qaraçörəkotu çeynəmək hansı problemləri aradan qaldırır?
İmtahandan keçə bilməyən müəllimlərin işinə nə zaman xitam veriləcək? - AÇIQLAMA
Azərbaycan paraüzgüçüsü Fransada gümüş qazandı

Yalnız burada saat əksinə dönür - SƏBƏBİ

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Canlı yayımda qıza hücum etdi - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
MÖCÜZƏ! Bir dəstə Şüyüd 10 Xəstəliyi belə SAĞALDIR
Siqaret çəkdiyi üçün qardaşını danlayan atasını öldürdü