Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6425
az

Bu gün özünüzü pis hiss edə bilərsiniz - XƏBƏRDARLIQ

12:4025 Oktyabr, 2018
942
CƏMİYYƏT
  • A
 Bu gün Bakıda və Abşeron yarımadasında anomal hava şəraiti müşahidə ediləcək, havanın temperaturu iqlim normasından 4-5 dərəcə yüksək olacaq.

Oxu24.com xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, bu gün cənub küləyinin əsməsi fonunda atmosfer təzyiqi aşağı enəcək.

Sabah isə atmosfer təzyiqinin qısa müddət ərzində kəskin tərəddüdü gözlənilir ki, belə tərəddüdlər də insan orqanizmi, xüsusilə ürək-damar xəstəliklərindən əziyyət çəkən meteohəssas insanlar üçün çox zərərlidir.

U.Tağıyeva qeyd edib ki, oktyabrın 26-dan ölkə üzrə havanın temperaturu bu günlə müqayisədə 10-12 dərəcə enəcək.

Artıq sabah səhər saatlarından başlayaraq, ölkə ərazisinə soyuq hava kütləsinin daxil olduğu hiss ediləcək. Sabah Bakıda və Abşeron yarımadasında güclü şimal küləyi əsəcək. Güclü külək oktyabrın 27-si səhərədək davam edəcək. Oktyabrın 27-də isə külək səngiyəcək, hava şəraitini nisbətən yüksək atmosfer təzyiqi təyin edəcək. Belə hava şəraiti isə meteohəssas insanlar üçün əlverişli olacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vatsapdan növbəti yenilik
Trampa sui-qəsd cəhdini araşdırmaq üçün xüsusi qrup yaradıldı
Validə Abbasova transparan geyimdə -FOTOLAR

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ