Azərbaycanda bu xidmət PULSUZ OLDU
09 Noyabr 2026, 11:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2399
07.12.2021, 17:37
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi məqsədilə sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Oxu24.com-a verilən məlumata görə, 2021-ci ilin 07 dekabr tarixində saat 16:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Daşkənd kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən 2 nəfər naməlum şəxsin dövlət sərhədini pozaraq ölkə ərazisinə gəlməyə cəhd etmələri aşkar olunub.
Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucuları təqib edilmiş və havaya xəbərdarlıq atəşi açılmışdır. Lakin sərhəd pozucuları əmrə tabe olmamış, sərhəd naryadına qarşı odlu silahdan atəş açmış, əllərindəki 2 ədəd bağlamanı ataraq hadisə yerindən geriyə qaçmağa cəhd göstəriblər.
“Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən sərhəd pozucularına qarşı silah tətbiq olunmuş və onlardan biri zərərsizləşdirilmişdir. Hazırda həmin sərhəd pozucusunun şəxsiyyətinin müəyyənləşdirilməsi üzrə tədbirlər görülür.
Digər sərhəd pozucusunun axtarışı üzrə daxili işlər orqanları ilə birgə tədbirlər həyata keçirilir.
Hadisə yerində aşkarlanmış 2 ədəd bağlamada 4270 ədəd “Marlboro”, “Kent”, “More” markalı siqaret qutusunun olması müəyyən edilibb.
Hadisə barədə İran tərəfi məlumatlandırılıb.
Dövlət Sərhəd Xidmətinin rəhbər vəzifəli zabitləri hadisə yerinə ezam olunublar.
Şəxsi maşını olanların diqqətinə! İşçi tələb olunur: MAAŞ +BENZİN+NAHAR
11:05 / 09 Noyabr 2026
13
10:55 / 09 Noyabr 2026
77
10:51 / 09 Noyabr 2026
1
10:44 / 09 Noyabr 2026
95
10:38 / 09 Noyabr 2026
127
10:30 / 09 Noyabr 2026
81
10:27 / 09 Noyabr 2026
62
10:10 / 09 Noyabr 2026
127
10:09 / 09 Noyabr 2026
140
10:00 / 09 Noyabr 2026
173
09:36 / 09 Noyabr 2026
1004
09:26 / 09 Noyabr 2026
81
09:19 / 09 Noyabr 2026
127
08:46 / 09 Noyabr 2026
104
08:42 / 09 Noyabr 2026
747
08:25 / 09 Noyabr 2026
131
04:25 / 09 Noyabr 2026
749
02:31 / 09 Noyabr 2026
727
01:34 / 09 Noyabr 2026
363
01:20 / 09 Noyabr 2026
814
01:10 / 09 Noyabr 2026
489
01:06 / 09 Noyabr 2026
215
00:58 / 09 Noyabr 2026
462
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.