Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR
09 Noyabr 2026, 11:09
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
607
06.12.2021, 19:59
"Vitse-miss Rusiya-2019"un qalibi Ralina Ərəbova Rusiyanı "Kainat gözəli-2021" müsabiqəsində təmsil edəcək.
Oxu24.com qafqazinfo-ya istinadən xəbər verir ki, daha sonra bəlli olub ki, Ərəbova Azərbaycan əsillidir.
Ralina 2000-ci il iyulun 4-də Kazanda anadan olub, musiqi məktəbində fleytada ifa etməyi öyrənib, peşəkar səviyyədə üzgüçülüklə məşğul olub. O, hazırda Rusiya hökuməti yanında Maliyyə Universitetinin Hüquq fakültəsində təhsil alır.
Ralina çoxmillətli çoxuşaqlı ailədə böyüyüb: anası klininq şirkətində administrator çalışan tatar, atası isə kafe sahibi olan azərbaycanlıdır.
Qız jurnalistlərə müsahibəsində bildirib ki, 8 yaşından müxtəlif gözəllik müsabiqələrində iştirak edib və "Kainat gözəli"nə getməyini yalnız xəyal edə bilərdi.
2019-cu ildə Ərəbova "Tatarıstanın ən gözəl qızı" seçilib. Respublika təmsilçisi kimi Ümumrusiya müsabiqəsində iştirak edib və ikinci vitse-miss titulunu qazanıb.
Bu, koronavirus pandemiyasından əvvəl keçirilən sonuncu müsabiqə olub. 2020 və 2021-ci illərdə "Miss Rusiya" müsabiqəsi keçirilməyib.
Dekabrın 12-də Eylatda keçiriləcək finaladək Ərəbova müxtəlif tədbir və fotoçəkilişlərdə iştirak edəcək.

11:30 / 09 Noyabr 2026
1
11:22 / 09 Noyabr 2026
40
11:09 / 09 Noyabr 2026
72
11:05 / 09 Noyabr 2026
62
10:55 / 09 Noyabr 2026
114
10:51 / 09 Noyabr 2026
118
10:44 / 09 Noyabr 2026
119
10:38 / 09 Noyabr 2026
163
10:30 / 09 Noyabr 2026
98
10:27 / 09 Noyabr 2026
76
10:10 / 09 Noyabr 2026
148
10:09 / 09 Noyabr 2026
165
10:00 / 09 Noyabr 2026
192
09:36 / 09 Noyabr 2026
1128
09:26 / 09 Noyabr 2026
87
09:19 / 09 Noyabr 2026
134
08:46 / 09 Noyabr 2026
107
08:42 / 09 Noyabr 2026
809
08:25 / 09 Noyabr 2026
136
04:25 / 09 Noyabr 2026
775
02:31 / 09 Noyabr 2026
740
01:34 / 09 Noyabr 2026
364
01:20 / 09 Noyabr 2026
829
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.