Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR
09 Noyabr 2026, 11:09
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1133
06.12.2021, 18:49
Sosial şəbəkələrdə tanış olduqları şəxsləri Yasamal rayonunda yerləşən “Qanlı göl” adlanan əraziyə çağırıb onlara qarşı quldurluq edən və zərərçəkənlərin şəxsiyyətlərini alçaldan videolar çəkərək hədələyən dəstə üzvləri həbs ediliblər.
Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyindən bildirilib.
Məlumata görə, noyabrın 26-da Bakıda alı təhsil alan xarici ölkələrdən birinin vətəndaşı polisə müraciət edərək bildirib ki, sosial şəbəkələrdə tanış olduğu bir nəfər onu Yasamal rayonunda yerləşən “Qanlı göl” adlanan əraziyə çağırıb. Orada olan yarımtikilidə tanımadığı 4 nəfər ona qarşı fiziki zor tətbiq etməklə 1 ədəd dəyəri 1500 manat olan mobil telefonunu və 100 manat pulunu ələ keçiriblər. Həmin şəxslər daha sonra zərərçəkənin şəxsiyyətini alçaldan hərəkətlər edərək onu mobil telefon vasitəsi ilə lentə alıb polisə bu barədə şikayət edəcəyi təqdirdə həmin görüntüləri sosial şəbəkələrdə yayacaqları ilə hədələyiblər. Yasamal Rayon Polis İdarəsi və 28-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən dəstənin rəhbəri Sadiq Ovçiyev, Ağababa Musayev, Elnur Vəliyev, Nihat Rəhimli, Sübhan Xanlarov və Aqşin Məmmədov saxlanılaraq istintaqa təqdim ediliblər.
Araşdırma zamanı müəyyən edilib ki, bu şəxslər eyni üsulla, yəni sosial şəbəkələrdə tanış olub görüşmək adı altında müxtəlif vaxtlarda daha 12 nəfəri “Qanlı göl” adlanan əraziyə çağırıb onlara qarşı da quldurluq ediblər. Dəstə üzvləri həmin zərərçəkənlərin də şəxsiyyətlərini alçaldan hərəkətlər edərək mobil telefon vasitəsi ilə çəkiblər. Onların mobil telefonlarına baxış zamanı müxtəlif şəxslərə qarşı etdikləri hərəkətlər və hədə-qorxu videoları aşkar edilərək götürülüb.
Qeyd olunan faktlarla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Dəstə üzvləri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu şəxslərin əməllərindən zərərçəkən və hələ də polisə şikayət etməyən vətəndaşlar varsa bu barədə Yasamal Rayon Polis İdarəsinə, ərazi üzrə polis orqanlarına, həmçinin "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi hesablarına məlumat verə bilərlər.
Məhbusların intim həyatı necə təmin edilir? - Xüsusi otaqlar var imiş
11:30 / 09 Noyabr 2026
1
11:22 / 09 Noyabr 2026
40
11:09 / 09 Noyabr 2026
72
11:05 / 09 Noyabr 2026
62
10:55 / 09 Noyabr 2026
114
10:51 / 09 Noyabr 2026
118
10:44 / 09 Noyabr 2026
119
10:38 / 09 Noyabr 2026
163
10:30 / 09 Noyabr 2026
98
10:27 / 09 Noyabr 2026
76
10:10 / 09 Noyabr 2026
148
10:09 / 09 Noyabr 2026
165
10:00 / 09 Noyabr 2026
192
09:36 / 09 Noyabr 2026
1128
09:26 / 09 Noyabr 2026
87
09:19 / 09 Noyabr 2026
134
08:46 / 09 Noyabr 2026
107
08:42 / 09 Noyabr 2026
809
08:25 / 09 Noyabr 2026
136
04:25 / 09 Noyabr 2026
775
02:31 / 09 Noyabr 2026
740
01:34 / 09 Noyabr 2026
364
01:20 / 09 Noyabr 2026
829
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.