Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Helikopterin "qara qutusu" ilə bağlı açıqlama: Təxribat və kənar müdaxilə...

SON DƏQİQƏ! Helikopterin \\\"qara qutusu\\\" ilə bağlı açıqlama: Təxribat və kənar müdaxilə...

CƏMİYYƏT

1656

06.12.2021, 18:25

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Noyabrın 30-da Xızı rayonu ərazisindəki Qaraheybət təlim poliqonu üzərində qəzaya uğrayan, Dövlət Sərhəd Xidmətinə məxsus Mi-17 helikopterinin “qara qutu”sunun harada açılması ilə bağlı məlumatların məxfi xarakter daşıdığı açıqlanıb.

Oxu24.com  xəbər verir ki, bu barədə Baş prokurorun böyük köməkçisi, ədliyyə müşaviri Mahir Abbasov jurnalistlərə bildirib.

“Dövlət Sərhəd Xidmətinə məxsus hərbi helikopterin qəzaya uğramasından dərhal sonra istintaq qrupu hadisə yerinə gedib.

Mürəkkəb bir hadisə olduğuna görə, müxtəlif ekspertizalar təyin edilib.

Burada hər hansı təxribat və kənar müdaxilə yoxdur.

Araşdırma və ekspertiza rəylərindən sonra hadisənin nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, – o bildirib.