Azərbaycanda tikinti sahəsində YENİLİK
09 Noyabr 2026, 11:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
465
05.12.2021, 21:41
Həqiqi mömin o kəsdir ki, din qardaşının xeyirxahlığı istəyər. Onun zərərini öz zərəri və onun pisliyini öz pisliyi bilər.
Lakin real dünyada insanların çoxu belə deyildir. Bəziləro bacardıqları qədər bir-birinin ayağının altını qazmağa çalışırlar. Bəzən iş o yerə gəlib çatır ki, bir-birinə töhmət də vururlar. Bu sifət möminin deyil, şeytanın (lən) sifətlərindəndir.
Əmirəl-möminin (ə) buyurur: "O şey ki, dinin və imanın əsasının kökünü kəsir, müsəlmanlar arasında olan təfriqə və düşmənçilikdir".
Müsəlmanlar arasında ülfəti aradan aparan əməllərdən biri - töhmət və qeybətdir. Qurani-Kərimin bir çox ayələrində töhmətin ziyanlarına işarə edilərək, müsəlmanları ondan çəkindirmişdir. "Kim (səhvən və ya bilərəkdən, yaxud fərdi və ya ictimai) bir günah etsə, sonra onu günahsız bir şəxsə nisbət versə, şübhəsiz, boynuna (başqalarına töhmət vurmaqda) böhtan və aşkar bir günah götürmüşdür". ("Nisa" 112).
"Həqiqətən iffətli, (günahdan) xəbərsiz, imanlı qadınlara zina isnad verən kəslər dünyada və axirətdə lənətlənmişlər və onlar üçün böyük bir əzab vardır". ("Nur" 23).
Lakin şeytan (lən) öz işini görür. İstəyir ki, müsəlmanlar bu əməlləri ilə İlahi rəhmətdən məhrum olsunlar, dünya və axirətdə cəhənnəm əzabı görsünlər.
Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim mömin kişi və ya qadına böhtan atar, ya elə şey deyər ki, onda olmaz, Allah Təala Qiyamət günü onu atəşdən olan tel üzərində saxlayar ki, o mömin haqqında dediyi sözdən geri dönsün". (Tebyan)
İmam Səccad (ə) buyurur: "Hər kim insanlara eybi nisbət verər və töhmət vurar, insanlar da ona malik olmadığı eybi nisbət verərlər".
Əgər Qurandakı dastanlara nəzər salsaq görərik ki, töhmət vuranlar adətən özləri rüsvay olmuşdular. Həzrət Yusifin (ə) dastanında ona töhmət vuran qardaşlarını Allah özü rüsvay edir. Həzrət Məryəmə (s.ə) töhmət vuran zaman da, Həzrət İsa (ə) hələ beşikdə ikən onları rüsvay edir.
Ona görə də deyə bilərik ki, töhmət və böhtan möminə yaraşmayan əməllərdəndir. Hər kim onu edərsə, ziyanı özünə qayıdar.
Çünki Allah nahaq yerə töhmət vurulanların müdafiəçisidir. Onu rüsvay etmək Allah üçün asan bir işdir.
11:43 / 09 Noyabr 2026
14
11:37 / 09 Noyabr 2026
72
11:34 / 09 Noyabr 2026
41
11:30 / 09 Noyabr 2026
47
11:22 / 09 Noyabr 2026
61
11:09 / 09 Noyabr 2026
136
11:05 / 09 Noyabr 2026
85
10:55 / 09 Noyabr 2026
127
10:51 / 09 Noyabr 2026
209
10:44 / 09 Noyabr 2026
129
10:38 / 09 Noyabr 2026
177
10:30 / 09 Noyabr 2026
107
10:27 / 09 Noyabr 2026
92
10:10 / 09 Noyabr 2026
159
10:09 / 09 Noyabr 2026
179
10:00 / 09 Noyabr 2026
206
09:36 / 09 Noyabr 2026
1212
09:26 / 09 Noyabr 2026
102
09:19 / 09 Noyabr 2026
139
08:46 / 09 Noyabr 2026
111
08:42 / 09 Noyabr 2026
833
08:25 / 09 Noyabr 2026
142
04:25 / 09 Noyabr 2026
792
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.