10-15° dərəcə şaxta olacaq,yollar buz bağlayacaq — XƏBƏRDARLIQ
09 Noyabr 2026, 12:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
496
04.12.2021, 18:58
Aviasiya nəqliyyat növləri arasında ən gənci olsa da, artıq tarixində minlərlə insanın ölümünə səbəb olan yüzlərlə faciəyə səbəb olub. Ən son böyük aviasiya qəzası ölkəmizdə - noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda baş verdi. Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində 14 hərbçimiz şəhid oldu. Bütün aviasiya faciələrində olduğu kimi bu hadisədə də səbəbin müəyyənləşdirilməsində gözlər qara qutuya dikilib. Bəs qara qutu nədir və səbəblərin aşkarlanmasında hansı rola malikdir?
OXU24.COM Xəzər TV-yə istinadən xəbər verir ki, baş vermiş avia faciələrdən sonra adı gündəm olan "qara qutu" detalı ilk dəfə 1939-cu ildə istifadə edilib. 8 il istifadədən sonra "qara qutu" daha da təkmilləşdirilib və onun dözümlülüyü, səs lentə alma qabiliyyəti gücləndirilib. Sözügedən qutu bədbəxt hadisələrin səbəblərinin araşdırılması zamanı istifadə edildiyinə görə ona qara qutu deyilsə də, rəngi qara deyil və get-gedə əhəmiyyəti daha da artdığına görə artıq aviasiya vasitələrində bir deyil iki qara qutudan istifadə edilir.
Həm plyonkaralara, həm də flash yaddaş kartına köçürülən səsin etibarlı qorunması qara qutunun ən vacib xüsusiyyətidir. Flash yaddaşların 20 gün və ya bir ay müddəti olur. Aviasiya vasitəsi qəzaya uğradıqda "qara qutu"nun zədələnməməsi üçün daim təkmilləşdirilir və oda, zərbəyə davamlılığı artırılır.
Qara Qutunun qoruna bilinməsi qədər oxuna bilinməsi də vacib prosedurdur. Belə ki, qara qutu əksər hallarda nəqliyyat vasitəsinin istehsal olunduğu ölkədə oxuna bilinir.
Qeyd edək ki, qara qutuda olan informasiyalar arasında yanacağın təzyiqindən tutmuş bütün mexanizmlərin işlənməsinin vəziyyətinə qədər yaddaşda qalır. Yəni qara qutu təkcə ekipaj üzvlərinin səsini yazmaqla faciə haqqında məlumat ötürmür, həm də qəza baş verən ana qədər aviasiya vasitəsinin müvafiq texniki göstəricilərini də qeydə alır.
12:15 / 09 Noyabr 2026
1
12:03 / 09 Noyabr 2026
169
11:56 / 09 Noyabr 2026
54
11:56 / 09 Noyabr 2026
76
11:43 / 09 Noyabr 2026
60
11:37 / 09 Noyabr 2026
149
11:34 / 09 Noyabr 2026
66
11:30 / 09 Noyabr 2026
61
11:22 / 09 Noyabr 2026
77
11:09 / 09 Noyabr 2026
191
11:05 / 09 Noyabr 2026
113
10:55 / 09 Noyabr 2026
167
10:51 / 09 Noyabr 2026
331
10:44 / 09 Noyabr 2026
150
10:38 / 09 Noyabr 2026
206
10:30 / 09 Noyabr 2026
120
10:27 / 09 Noyabr 2026
106
10:10 / 09 Noyabr 2026
183
10:09 / 09 Noyabr 2026
200
10:00 / 09 Noyabr 2026
235
09:36 / 09 Noyabr 2026
1341
09:26 / 09 Noyabr 2026
113
09:19 / 09 Noyabr 2026
150
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.