Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
61395
az

Məktəbli güllələnərək öldürüldü

22:4118 Noyabr, 2021
325
  • A

Mingəçevirdə orta məktəb şagirdi güllələnib.

OXU24.COM unikal.org-a istinadən xəbər verir ki, hadisə şəhərin "Energetiklər" yaşayış massivində məcburi köçkünlərin məskunlaşdığı "Yeni həyat" qəsəbəsində qeydə alınıb.

Məlumatda bildirilir ki, qəsəbənin park ərazisində iki şəxs arasında düşən mübahisə zəminində orta məktəb şagirdi güllələnib.

Belə ki, qəsəbə sakini əvvəllər məhkum olunmuş təxminən 40 yaşlarında olan Əlvan adlı şəxs odlu silahdan qəsəbənin digər sakini orta məktəb şagirdi K.O.-ya atış açıb.

O, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qazaxda minaya düşən hərbçinin GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO
Avropa çempionumuzdan İLK AÇIQLAMA:
Azərbaycanlı general vəfat etdi - FOTO