Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
60725
az

Rüstəm Muradovla bağlı SENSASİON İDDİA: Ərdoğanın müdaxiləsi ilə...

13:3306 Noyabr, 2021
836
CƏMİYYƏT
  • A

“Qarabağ Zəfərinin birinci ildönümündən bir müddət əvvəl bölgədəki Rusiya sülhməramlılarının iki komandiri dəyişdirildi. Erməni quldur dəstələrinin Azərbaycan əsgərlərinə qarşı təxribatına, bölgəyə silah-sursat və insan qaçaqmalçılığına göz yuman Qafqaz əsilli rus komandiri Rüstəm Muradov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müdaxiləsi ilə vəzifəsindən azad edilib”.

Oxu24.com  Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

Nəşr xatırladıb ki, Muradovun yerinə təyin edilən general Mixail Kosobokov 20 gün sonra öz postunu general Gennadi Anaşkinə təhvil verib.

Qəzet hər iki generalın bölgədəki pozucu fəaliyyətinin Türkiyə liderinin diqqətindən yayınmadığını, məhz onun müdaxiləsi ilə postlarından azad edildiklərini bildirib.

Siyasi ekspert Elxan Şahinoğlu qəzetə açıqlamasında bildirib ki, Türkiyə-Azərbaycan münasibətləri çox fərqli ölçülərə keçib və bu, bütün regional tənliyi dəyişmək potensialına malikdir. Şahinoğlu deyib ki, son aylarda komandir dəyişikliyi ilə erməni separatçı dəstələrinin təxribatlarına son qoyulub.

Müsəlman olan Rüstəm Muradovun bundan əvvəl Abxaziyada xidmət etdiyini və buna bənzər problemlər yaratdığını vurğulayan ekspert qeyd edib: “Eyni dini və tarixi paylaşdığımız bu şəxsin ermənilərlə iş birliyi bizi məyus edirdi. O, sovet zabitidir, hələ də kommunist ideyalarını daşıyır”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin tərcüməçidən üzr istədi - VİDEO
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi