BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib
10 Noyabr 2026, 12:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
748
20.10.2021, 19:22
APA TV-yə açıqlama verən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, kardiocərrah Rəşad Mahmudov deyib ki, uşaqlarda getdikcə yoluxma sayının artması, məktəblərin açıq olması bugünkü vəziyyətdə artıq hökuməti də, aidiyyəti qurumları da düşündürməyə başlayır: “Payız ayları gələcəkdə səhiyyə sistemi üçün böyük təhlükələr əmələ gətirə bilər. Yəqin bu günlərdə hibrid təhsilin yenidən düşünülməsi, var olan vəziyyətə görə şübhə olan vəziyyətlərdə həm əyani, həm online tədrislərin eyni anda aparılması kimi vasitələrdən istifadə gündəmə gələ bilər”.
Deputat deyib ki, dünyadakı epidemioloji vəziyyəti də nəzərə alsaq, ölkəmizdə noyabr-dekabr aylarında epidemioloji vəziyyətin bir az daha mənfiyə doğru getmə ehtimalı yüksəkdir: “Hazırda hər hansı bir dalğa olmamasına baxmayaraq, günlük yoluxma sayının 2 min ətrafında olması, ola biləcək bir dalğanın indidən var olan bir rəqəmin 10 qatına çıxma ehtimalını ortaya qoyur. Bunu biz yox, xüsusən də Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir. Eləcə də dünən Amerika Birləşmiş Ştatlarında var olan Epidemioloji Tədqiqatlar İnstitutunun verdiyi dəyərlərə görə, peyvəndin birmənalı olaraq xəstəxanaya yatış və ölümü 12 dəfə peyvəndsiz insanlardan daha çox qoruduğu açıq-aşkardır. Biz bilirik ki, peyvənd tam bir şəkildə hadisəni yox edə bilmir, amma hazırda əlimizdə qoruyucu jilet vasitəsi olan tək üsullardan biri də peyvənddir ki, onu istifadəsi ən azından bizim bu xəstəliyə yoluxduğumuz zaman onunla mübarizə aparmaqda bizə zaman və güc qazandırmaq yönündən, xüsusiyyətindən istifadə etməliyik”.
Rəşad Mahmudovun sözlərinə görə, mövsümi qriplərin də geniş yayıldığı dövr olduğuna görə, insanlar arasında təşviş və qeyri-müəyyənlik yaranmaqdadır: “Mövsümi qriplərin də olduğu zaman olduğuna görə, bunları bir-birindən ayırd etmək çətin olur. Bir də unutmayaq ki, COVID olmağımıza baxmayaraq, 30-40 faiz yalançı neqativ olma ehtimalımız da var, amma mövsümi qriplərin də olduğu dönəm olduğuna görə, hər bir ailə hər hansı bir qrip simptomları ilə qarşılaşdıqda nəticəsindən asılı olmadan COVID kimi bunu nəzərə alaraq yenə özünü qorumaq, təcrid olunma və qripin bizə diktə etdiyi reallıqlara uyğun şəkildə həyat tərzinə keçməsi kimi məsuliyyət daşıyırlar.”
Deputat koronavirus testinin bəzi hallarda yanlışlıqla neqativ göstərdiyi vaxtların hələ də gündəmdə olduğunu bildirib. Əlavə edib ki, vəziyyətdən asılı olmayaraq koronavirusdan eləcə də, mövsümi xəstəliklərdən, qorunmaq üçün uşaqlar və böyüklər sanitariya-epidemioloji normalarla qaydalara xüsusilə əməl etməlidirlər.
12:31 / 10 Noyabr 2026
7
12:21 / 10 Noyabr 2026
37
12:18 / 10 Noyabr 2026
47
12:04 / 10 Noyabr 2026
82
12:00 / 10 Noyabr 2026
192
11:45 / 10 Noyabr 2026
1092
11:42 / 10 Noyabr 2026
82
11:39 / 10 Noyabr 2026
87
11:28 / 10 Noyabr 2026
100
11:16 / 10 Noyabr 2026
156
11:04 / 10 Noyabr 2026
99
10:45 / 10 Noyabr 2026
110
10:39 / 10 Noyabr 2026
791
10:32 / 10 Noyabr 2026
102
10:28 / 10 Noyabr 2026
156
10:21 / 10 Noyabr 2026
200
10:17 / 10 Noyabr 2026
124
10:15 / 10 Noyabr 2026
157
10:10 / 10 Noyabr 2026
143
09:50 / 10 Noyabr 2026
1070
09:46 / 10 Noyabr 2026
124
09:35 / 10 Noyabr 2026
146
09:26 / 10 Noyabr 2026
208
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.