Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5943
az

Siyahıda adı çıxmayan şəhidin vərəsələri nə etməli? - RƏSMİ QURUMDAN CAVAB +

15:3309 Oktyabr, 2018
869
  • A
 Xəbər verdiyimiz kimi bu gündən etibarən 1997-ci ilin avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsəsinə (yaxud vərəsələrinə) birdəfəlik ödəmə həyata keçirilir.

Qeyd olunan ödəmə prosesi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytında xüsusi bölüm yaradılıb.Bu bölümdə şəhid olmuş şəxslərin ailə üzvləri tələb olunan məlumatları qeyd etməklə birdəfəlik ödəmə barədə məlumat əldə edə bilərlər.

Femida.az-a qeyd olunan proseslə bağlı bir neçə şəhid ailəsi tərəfindən müraciət daxil olub.Müraciətdə həmin siyahıda onların ailə üzvləri olan şəhid olmuş şəxsin adının olmaması qeyd olunur.

Mövzu ilə bağlı Femida.az -a açıqlama verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fazil Talıblı bildirib ki,qeyd olunan siyahı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin təqdim etdiyi məlumatlar əsasında formalaşdırılıb. Siyahıda şəhid olmuş şəxslərin adlarının olmaması səbəbini qeyd olunun qurumla dəqiqləşdirmək lazımdır.

Fazil Talıblı bildirib ki,hərbi qulluqçunun vərəsəsinin birdəfəlik ödəməni almağa hüququnun yarandığı təqdirdə, notarius tərəfindən vərəsəlik şəhadətnaməsi verilir.

Vərəsəlik şəhadətnaməsi və vərəsənin təqdim etdiyi sənədlərdəki məlumatlar notarius tərəfindən elektron qaydada 3 iş günü müddətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi Elektron İnformasiya Sisteminə ötürülür.

Məlumat sistemə daxil olduqdan sonra müraciətlərin daxilolma ardıcıllığına uyğun olaraq, onların daxiloma tarixini və reyestr nömrəsini əks etdirən bildiriş vərəsələrin ərizədə qeyd etdiyi əlaqə nömrələrindən birinə göndərilir. Birdəfəlik ödəmənin verilməsi üçün tələb olunan maliyyə vəsaitinin ayrılması məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyitərəfindən Maliyyə Nazirliyinə müraciət olunur.

Tələb olunan maliyyə vəsaiti ayrıldıqdan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyitərəfindən müraciətlərin daxilolma ardıcıllığına uyğun olaraq, birdəfəlik ödəmə vərəsənin bank hesabına köçürülür. Bu barədə vərəsənin ərizədə göstərilən əlaqə nömrələrindən birinə bildiriş göndərilir.

Əgər hərbi qulluqçunun vərəsələri daimi əsaslarla ölkə hüdudlarından kənarda yaşayırlarsa, onlar tələb olunan sənədlərlə birlikdə Azərbaycan Respublikasının həmin ölkədəki diplomatik nümayəndəlik və konsulluğuna müraciət edirlər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin tərcüməçidən üzr istədi - VİDEO
Azərbaycanlı şairin son durumu açıqlandı - FOTO
Dönər alarkən bunlara diqqət etmək lazımdır

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi