General şəhid oğlunun toyunda belə RƏQS ETDİ -VİDEO
10 Noyabr 2026, 18:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
876
26.09.2021, 23:29
Rusiya Prezidenti Vladimir Putin ölkəsini "dəmir əl"lə idarə edir. Misal üçün, Krım məhz Putinin istəyi və əmri əsasında Ukraynadan qoparıldı, Rusiyanın başqa rəsmisi ona demədi ki, bunu etmək olmaz, qardaş dövlət, o cümlədən Qərblə üz-üzə qalacağıq. Putin dedi, əmr yerinə yetirildi. Eyni sözləri Qarabağ üçün də şamil etmək olar.
OXU24.COM xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, Vladimir Putin müharibə günlərində Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında vasitəçi olmasaydı, Azərbaycan Ordusu Şuşadan sonra Xankəndiyə enəcəkdi, digər istiqamətlərdəki erməni separatçıları mühasirəyə düşüb məhv ediləcəkdi və bununla biz 200 illik problemdən birdəfəlik qurtulacaqdıq:
"Güzəştə getdik. İndi güzəşt növbəsi Vladimir Putinindir. Rusiya Prezidenti birincisi, Laçın dəhlizində Azərbaycan sərhədçilərinin və gömrük xidmətinin yerləşməsinə razılaşır, ikincisi, Qarabağdakı erməni separatçılarının tərk-silahını təmin edir, üçüncüsü, 4 ildən sonra rusiyalı hərbçilərin bölgəni tərk etməsinə və Xankəndi üzərində Azərbaycan bayrağının dalğalanmasına, qanunlarımızın bu bölgədə də təminatına əngəl olmur. Bu, bizim üçün ən optimal variant olardı. Ancaq bu, Rusiyanın ənənəvi siyasətinə və Putinin xarakterinə ziddir.
Buna baxmayaraq, Azərbaycan Türkiyə ilə birgə Putini reallıqları qəbul etməyə məcbur edə bilər. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bir neçə gündən sonra Soçidə Vladimir Putinlə görüşəcək. Mövzular çoxdur, Qarabağla bağlı da fikir mübadiləsi olacaq. Faktiki Ermənistanla Türkiyə arasında hələlik aşağı səviyyədə dialoq başlayıb, müharibədən sonra ilk dəfə Azərbaycan və Ermənistan xarici işlər nazirləri də görüşüblər. Rusiyadakı siyasi və hərbi mərkəzlər İrəvanı təxribatçı mövqeyində dayanmağa sövq etməsələr, regional barış üçün fürsətlər açıla bilər. Putini inandırmaq lazımdır ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması, sərhədlərin müəyyənləşməsi, Zəngəzur dəhlizinin açılması, o cümlədən Ermənistanın Türkiyə ilə münasibətlərinin normallaşması Rusiyanın maraqları əleyhinə deyil. 2008-ci ildə Cənubi Osetiyanı və Abxaziyanı Gürcüstandan, 2014-cü ildə Krımı və Donbasın bir hissəsini Ukraynadan qoparan Putin Azərbaycanın timsalında fərqli addım atsa, qazanar, sadəcə bu qərarı verməyə daxilən hazır olmalıdır".
19:26 / 10 Noyabr 2026
1
19:20 / 10 Noyabr 2026
66
19:06 / 10 Noyabr 2026
58
18:58 / 10 Noyabr 2026
193
18:56 / 10 Noyabr 2026
65
18:39 / 10 Noyabr 2026
101
18:26 / 10 Noyabr 2026
148
18:25 / 10 Noyabr 2026
124
18:19 / 10 Noyabr 2026
113
18:17 / 10 Noyabr 2026
96
18:04 / 10 Noyabr 2026
115
18:02 / 10 Noyabr 2026
1071
17:54 / 10 Noyabr 2026
116
17:42 / 10 Noyabr 2026
129
17:35 / 10 Noyabr 2026
105
17:16 / 10 Noyabr 2026
405
17:10 / 10 Noyabr 2026
154
17:06 / 10 Noyabr 2026
235
16:55 / 10 Noyabr 2026
818
16:47 / 10 Noyabr 2026
118
16:41 / 10 Noyabr 2026
112
16:35 / 10 Noyabr 2026
204
16:21 / 10 Noyabr 2026
203
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.