General şəhid oğlunun toyunda belə RƏQS ETDİ -VİDEO
10 Noyabr 2026, 18:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
825
25.09.2021, 22:49
Qurani-Kərimdə buyurulur: "Ey mənim əziz oğlum, namaz qıl və yaxşı işləri (əql və şəriət nöqteyi-nəzərindən bəyənilən işləri görməyi) əmr et və pis işlərdən (hər hansı pis və bəyənilməz işi) qadağan et. (İnsanlar və Xaliq qarşısında olan vəzifələrinə əməl edərkən baş verəcək çətin hadisələrdən) sənə yetişənə döz ki, bunlar vacib əmrlərdən və mühüm işlərdəndir". ("Loğman" 17).
Bu mübarək ayə bizi namazla birlikdə əmr-be-məruf və nəhy-əz-munkərə əməl etməyə dəvət edir. Əmr-be-məruf və nəhy-əz-munkər elə vacibatlardandır ki, hər bir müsəlman ona əməl etməlidir.
İmam Əli (ə) buyurur: "Əmr-be-məruf və nəhy-əz-munkər yolunda sənə çatan məşəqqət və çətinliklərə səbir et". (Həvzəh)
İnsan bəzən müsibətə səbir edir, bəzən vəzifəsini yerinə yetirməyə səbir edir və bəzən də günaha səbir edir. İnsanın başqalarını pis əməldən çəkindirməsinə səbir etməsi də dəyərli bir əməldir.
Bu mühüm vəzifə - Loğmanın oğluna verdiyi ən üstün tərbiyə yollarından biri idi. Loğman oğlunu yaxşı əməllər görməyə dəvət edərək, əslində onda dinə, insanlara sevgi yaratmaq istəyir. İstəyir ki, oğlunda dini qeyrət olsun, insanlarla dostluq rabitəsi qursun. Fitrəti daima ayıq olsun. Cəmiyyətin sağlam olmasına meyli yaransın.
Əmr-be-məruf və nəhy-əz-munkər əməli xeyir əməl sahiblərini təşviq edər, cahili pis əməlindən agah edər və günahdan çəkindirər. Quran buyurur: "Siz (müsəlmanlar), (Allah tərəfindən dünyanın) insanlar(ın)a zahir olmuş ən yaxşı ümmətsiniz, bəyənilən işə əmr edir və çirkin işdən çəkindirirsiniz və Allaha (nazil etdiyi şeylərdə) iman gətirirsiniz". ("Ali-İmran" 110).
Hədislərin birində oxuyuruq: "Hər kim münkərin qarşısını almaz, o kəs kimi olar ki, yaralını yolda qoyar ki, ölsün".
Həzrət Davud (ə), Həzrət İsa (ə) bu vacibatı yerinə yetirməyənləri həmişə lənətləyirdilər. İmam Hüseynin (ə) qiyamı da məhz əmr-be-məruf və nəhy-əz-munkəri yerinə yetirmək üçün olmuşdu.
Başqa bir hədisdə oxuyuruq: "Əmr-be-məruf və nəhy-əz-munkər vasitəsilə bütün vacibatlar ayağa qaldırılar".
Quran bizə əmr edir: "Həqiqətən Allah sizə bu Kitabda nazil edib ki, Allahın ayələrinin və nişanələrinin inkar və məsxərə edildiyini eşitdiyiniz zaman, onlar başqa bir söhbətə girişənə qədər onlarla bir yerdə oturmayın, əks halda siz də onlar kimisiniz. Şübhəsiz, Allah münafiqlərin və kafirlərin hamısını Cəhənnəmdə bir yerdə toplayacaqdır". ("Nisa" 140).
İnsan gərək qəlbində günahdan narahat olub, dilində onu qadağan etsin. Əgər insan yaxşı işlərə dəvət edərsə, həmin işin savabında o da şərik olar. Ancaq əgər günahı görüb ona qarşı çıxmazsa, onun cəzasında da şərik olar.
Müsəlman əgər günaha sükut edərsə, onun cəmiyyətdə adi olmasına səbəb olar. Günahkar insanlar cürət əldə edərlər və bizim qəlbimiz daşlaşar və qəsavət bağlayar.
Beləliklə deyə bilərik ki, övlad tərbiyəsində bu mühüm vəzifəyə diqqət edib, onu təlim vermək lazımdır ki, övladlarımız imanlı insan kimi yetişə bilsinlər. Cəmiyyətdə baş verənlərə qarşı ayıq olsunlar və günahkarları pis işlərindən çəkindirsinlər.
19:26 / 10 Noyabr 2026
1
19:20 / 10 Noyabr 2026
66
19:06 / 10 Noyabr 2026
58
18:58 / 10 Noyabr 2026
193
18:56 / 10 Noyabr 2026
65
18:39 / 10 Noyabr 2026
101
18:26 / 10 Noyabr 2026
148
18:25 / 10 Noyabr 2026
124
18:19 / 10 Noyabr 2026
113
18:17 / 10 Noyabr 2026
96
18:04 / 10 Noyabr 2026
115
18:02 / 10 Noyabr 2026
1071
17:54 / 10 Noyabr 2026
116
17:42 / 10 Noyabr 2026
129
17:35 / 10 Noyabr 2026
105
17:16 / 10 Noyabr 2026
405
17:10 / 10 Noyabr 2026
154
17:06 / 10 Noyabr 2026
235
16:55 / 10 Noyabr 2026
818
16:47 / 10 Noyabr 2026
118
16:41 / 10 Noyabr 2026
112
16:35 / 10 Noyabr 2026
204
16:21 / 10 Noyabr 2026
203
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.