General şəhid oğlunun toyunda belə RƏQS ETDİ -VİDEO
10 Noyabr 2026, 18:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1655
22.09.2021, 21:32
Təhsil müəssisələrinin işçilərinin azı 80 faizinin COVID-19 pasportunun (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) olması tələb edilir.
Oxu24.com-un məlumatına görə, bu, Baş nazir Əli Əsədovun imzaladığı Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın təsdiq edilməsi barədə” 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli Qərarında dəyişiklik edilməsi və “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” 2021-ci il 22 yanvar tarixli 12 nömrəli Qərarının ləğv edilməsi haqqında qərarda əksini tapıb.
Qərara əsasən, bu tələb təhsil alanların sayı 200 nəfərdən az olan təhsil müəssisələrinə şamil edilmir.
Ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) olmalıdır.
Qərarda daha sonra qeyd edilir:
Dərslərarası (məşğələlərarası) fasilələrdə təhsil alanların təmiz havada olmasına şərait yaradılmalı, ali və orta ixtisas təhsili müəssisələrində sinif otaqlarından (auditoriyalardan) eyni vaxtda mövcud yerlərin 70 faizindən çox olmamaqla sanitariya və gigiyena qaydalarına riayət olunmaqla istifadə edilməlidir. Qərarla müəllimlərin (professor-müəllim heyətinin) eyni zamanda, müəllim otağına (kafedraya) toplaşması məhdudlaşdırılır.
Qərada yeməkxanalara (bufetlərə) dair tələblər də müəyyənlşib:
- yeməkxana (bufet) girişlərinə spirt tərkibli əl üçün dezinfeksiya vasitəsi qoyulur;
- təhsil alanların yeməkdən əvvəl və sonra əllərinin bol su və sabunla yuması üçün şərait yaradılır;
- ümumi istifadə üçün nəzərdə tutulan əşyalar istifadə edildikdən sonra su və yuyucu vasitə ilə yuyulur, növbəti istifadəyə qədər təmiz şəraitdə saxlanılır;
- yeməkxana əməkdaşı şəxsi gigiyena qaydalarına əməl etməli, əlcək və tibbi maska taxmalıdır;
- yeməkxanada növbə yerləri döşəmənin üzərində işarələrlə ayrılır;
- yemək hazırlanmasında istifadə edilən avadanlıq və qurğular başqa məqsədlər üçün istifadə edilmir;
- yeməkxanada stollar arasındakı məsafə 2 metrdən az, oturacaqların ara məsafəsi isə 1 metrdən az olmamalıdır (internat tipli və uşaqların gecələdiyi digər təhsil müəssisələri istisna olmaqla);
- təhsil alanların yeməkxanadan (bufetdən) növbəli (qrafik üzrə) istifadəsi təmin edilir.”
Təhsil müəssisələrində xüsusi karantin rejimi dövründə idman, akt zallarından, kitabxana və hovuzdan sanitariya və gigiyena qaydalarına riayət olunmaqla və sosial məsafə gözlənilməklə, habelə istifadəçi sayı məhdudlaşdırılmaqla istifadə edilə bilər.
19:59 / 10 Noyabr 2026
46
19:58 / 10 Noyabr 2026
47
19:52 / 10 Noyabr 2026
66
19:52 / 10 Noyabr 2026
66
19:43 / 10 Noyabr 2026
71
19:40 / 10 Noyabr 2026
91
19:26 / 10 Noyabr 2026
92
19:20 / 10 Noyabr 2026
410
19:06 / 10 Noyabr 2026
107
18:58 / 10 Noyabr 2026
556
18:56 / 10 Noyabr 2026
101
18:39 / 10 Noyabr 2026
160
18:26 / 10 Noyabr 2026
333
18:25 / 10 Noyabr 2026
144
18:19 / 10 Noyabr 2026
159
18:17 / 10 Noyabr 2026
125
18:04 / 10 Noyabr 2026
192
18:02 / 10 Noyabr 2026
1389
17:54 / 10 Noyabr 2026
138
17:42 / 10 Noyabr 2026
155
17:35 / 10 Noyabr 2026
125
17:16 / 10 Noyabr 2026
454
17:10 / 10 Noyabr 2026
182
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.