Bakıda DƏHŞƏT: Qız ağır yaralandı,sevgilisi öldü
10 Noyabr 2026, 20:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2415
21.09.2021, 20:58
ran-Azərbaycan münasibətlərində soyuqluq davam edir. Son günlər Gorus-Qafan yolunda yaşanan məlum hadisələrdən sonra İran tərəfi nəinki özünü günahkar hesab etmir, hətta bir çox addımlarla Azərbaycana qarşı qərəzini açıq şəkildə göstərir.
Bununla bağlı Modern.az-a danışan Azərbaycan Yazıçılar Birliyi (AYB) Güney ədəbiyyat şöbəsinin rəhbəri Sayman Aruz bildirib ki, İran Azərbaycanla münasibətləri heç vaxt həqiqi dostluq üzərində qurmayıb və qərəzli mövqe sərgiləyib.
“İran ərazisində tarixi torpaqlarımız var, xalqımızın, ziyalılarımızın bu torpaqlara tarixdən doğan mənəvi haqq kimi iddiası göz önündədir. İranda 45 milyon soydaşımız yaşayır, eyni dili, tarixi, mədəniyyəti paylaşırıq. O soydaşlarımızın ümidi, nuru Azərbaycan dövlətidir. İranın bunlarla barışacağını, Azərbaycanla həqiqətən dost kimi yan-yanan dayanacağını düşünmək sadəlövhlük olar. İran-Azərbaycan dostluğu bu şərtlər altında heç zaman möhkəm ola bilməz”.
Sayman Aruz xatırladıb ki, İranda yaşayan soydaşlarımız hər zaman Azərbaycanla bağlı mövzularda öz münasibətini bildiriblər:
“Azərbaycanlılar etirazlarla, küçələrdə aksiyalar keçirməklə, sosial şəbəkələrdə trendlər yaratmaqla mövqeyini ifadə edirlər. Bu gün də vəziyyət davam edir və hətta durum günü-gündən şiddətlənir. Mən özüm ötən günlərdə onlayn konfransa iştirak edirdim. Orada Zəngəzur dəhlizi və Azərbaycanın tarixi torpaqları məsələsi qaldırıldı, bunun təkcə dövlətin deyil, ümumilikdə Azərbaycan xalqının istəyi olduğu vurğulandı. Azərbaycanlılar bu məsələdə israrlıdır. Zəngəzur dəhlizi bütün Azərbaycan xalqına lazımdır. İranın Azərbaycana göstərdiyi aqressiv münasibəti bütün azərbaycanlılar qınayırlar. Lazım gələrsə, soydaşlarımız hər tərəfli - istər etiraz aksiyaları ilə, istərsə də bir Azərbaycan əsgəri kimi Azərbaycan dövlətinin və maraqlarının arxasında dayanacaqlar. Artıq o dövr deyil ki, kimsə Azərbaycana qarşı hərbə-zorba dili ilə danışa bilsin. Bu məsələdə hamımız həmrəyik, birik. Azərbaycana qarşı yönələn bir gülləyə belə ciddi şəkildə cavab veriləcək. Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi, tarixi ədalətin bərpası, Zəngəzur dəhlizi soydaşlarımızın milli məsələsidir və onlar bütün bu problemlərin həllini tələb edirlər”.
20:17 / 10 Noyabr 2026
25
20:10 / 10 Noyabr 2026
79
19:59 / 10 Noyabr 2026
58
19:58 / 10 Noyabr 2026
58
19:52 / 10 Noyabr 2026
72
19:52 / 10 Noyabr 2026
71
19:43 / 10 Noyabr 2026
75
19:40 / 10 Noyabr 2026
100
19:26 / 10 Noyabr 2026
95
19:20 / 10 Noyabr 2026
446
19:06 / 10 Noyabr 2026
110
18:58 / 10 Noyabr 2026
599
18:56 / 10 Noyabr 2026
104
18:39 / 10 Noyabr 2026
176
18:26 / 10 Noyabr 2026
354
18:25 / 10 Noyabr 2026
146
18:19 / 10 Noyabr 2026
163
18:17 / 10 Noyabr 2026
128
18:04 / 10 Noyabr 2026
196
18:02 / 10 Noyabr 2026
1421
17:54 / 10 Noyabr 2026
141
17:42 / 10 Noyabr 2026
159
17:35 / 10 Noyabr 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.