Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
58631
az

Gənc yaşda saçlar niyə ağarır? - Ağ tükü qoparmaq olmaz

22:0317 Sentyabr, 2021
686
CƏMİYYƏT
  • A

Saçların ağarması təkcə yaşla əlaqəli dəyişikliklər səbəblərdən baş vermir. Bu, sağlamlıq problemləri ilə də bağlı ola bilər.

Oxu24.com xəbər verir ki, alimlər saçların piqmentasiyaya cavabdeh olan melaninin itirilməsi səbəbindən ağardığını bildiriblər. Bu, qida çatışmazlığı və ya hər hansı bir xəstəlik, məsələn, mədə-bağırsaq traktının problemləri, qaraciyər, böyrəklər, endokrin xəstəliklər səbəbindən melanin sintezindəki yavaşlama nəticəsində baş verir.

Bundan başqa, erkən ağarmanın səbəbi uzun müddətli depressiya və ya irsiyyət ola bilər. Həddindən artıq sıx elastik bantların və saç vasitələrinin istifadəsi, balanssız qidalanma və alkoqoldan normadan artiq istifadə də problemin inkişafına səbəb ola bilər.

Saçların erkən ağarmasına səbəb olan amili aradan qaldıraraq proses dayandırıla bilər. Əvvəlcə analiz vermək nəticəsinə əsasən pəhrizə dəyşiriklik və ya qidaya əlavə bioloji vasitələrdən istifadə edilir.

Melanin istehsalı B qrupu vitaminləri, pantenol və fol turşuları ilə stimullaşdırılır və sağlam saçlar üçün yod, dəmir, sink də lazımdır. Pəhrizdə bu qidalarla zəngin olan balıq və dəniz məhsulları, pendir, paxlalılar, toyuq, badam və tərəvəz kimi qidalar olmalıdır.

Eyni zamanda, ağ tükləri qoparmaq və ya qırmağa dəyməz, çünki bu folikul travmasına və hətta keçəlliyə səbəb ola bilər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xərçəngdən qoruyan ən güclü ədviyyat
Baş ağrısının yeni genetik səbəbi TAPILDI
Dünyanın ilk arxa kameralı avtomobili - VİDEO

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Kibercinayətkarlıqla məşğul olan 6 nəfər müəyyən edildi