Rəis qəfil VƏFAT ETDİ
11 Noyabr 2026, 09:37
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1348
26.08.2021, 00:39
Bütün dünyanı cənginə alan koronovirus pandemiyası bir müddətlik səngisə də, yenidən alovlanmağa başlayıb. Son günlər yeni yoluxma halları ilə yanaşı ölüm sayında da kəskin artım müşahidə olunur. İnsanların həyatını alt-üst edən COVİD bəlası bir çox ailələrə faciələr yaşatmağa davam edir. Hətta illərlə eyni həyatı bölüşən bir çox cütlüklər koronavirus səbəbindən eyni gündə də dünyalarını dəyişiblər.
OXU24.COM xəbər verir ki, modern.az koronavirusa yoluxaraq həyatdan köçən cütlüklərlə bağlı araşdırma aparıb.
Araşdırma nəticəsində məlum olub ki, ötən ilin mart ayından bu günə qədər bir neçə azərbaycanlı ər və həyat yoldaşı COVİD infeksiyasının qurbanı olub.
Belə ki, paytaxt sakinləri 1937-ci il təvəllüdlü Qulu Quliyev və onun həyat yoldaşı 1941-ci il təvəllüdlü Səriyyə Quliyeva bu yaxınlarda nəvələrinin toy mərasimində COVID-19-a yoluxublar. Onların vəziyyəti pisləşdiyindən təcili olaraq Zığda yerləşən modul tipli xəstəxanaya yerləşdiriliblər.
Bir müddət müalicə alsalar da, həyatlarını xilas etmək mümkün olmayıb. Nəticədə Q.Quliyev və S. Quliyeva eyni gündə - avqustun 14-də xəstəxanada vəfat ediblər.
AzTV-nin "Ədəbi-dram və folklor verilişləri" Baş redaksiyasının rejissoru, həmkarımız Arzu Mövlud (Məmmədova) və həyat yoldaşı ötən gün vəfat ediblər. Dünən səhər saatlarında koronovirusdan həyatını itirən Arzu Mövludun komada olan həyat yoldaşı ondan bir neçə saat sonra dünyasını dəyişib.
Növbəti ailə dramı Moskvada yaşanıb. Rusiyanın paytaxtında yaşayan azərbaycanlı ər və arvad eyni gündə koronovirusdan ölüblər.
Koronavirusa yoluxan gənc ailə vəfat edib. Beləliklə də, 3 və 5 yaşlı uşaqları valideynsiz qalıb. Bu barədə müğənni Rəqsanə İsmayılova "İnstagram" hesabında məlumat paylaşıb. Lakin vəfat edən şəxslərin adlarını açıqlamayıb.
Oğuz rayonunda da ər və arvad pandemiyanın qurbanı olublar.
Rayonun Xaçmaz kənd sakinləri - 1943-cü il təvəllüdlü Ağaəli Qədir oğlu Hacıyev və həyat yoldaşı, 1948-ci il təvəllüdlü Raya İdris qızı Camaləddinova koronavirusdan vəfat edib.
Məlumata görə, ahıl ər-arvad bir müddət əvvəl COVID-19-a yoluxublar və ev şəraitində müalicə alıblar. Müalicələrə baxmayaraq hər ikisi həyatlarını itiriblər. Onlar bir neçə saat fərqlə həyatla vidalaşıblar.
A.Hacıyev uzun müddət Xaçmaz kənd tibb məntəqəsində feldşer, R.Cəbrayılova isə həmin kəndin məktəbində ibtidai sinif müəllimi işləyib. Hər iki şəxs təqaüddə olub.
Bunlarla yanaşı, tanınmış vəkil Anar Qasımlının xalası Validə Sarıyeva və həyat yoldaşı İlham Sarıyev də koronovirusdan xilas ola bilməyiblər. Onlar bir gün fərqlə dünyadan köçüblər.



09:56 / 11 Noyabr 2026
28
09:37 / 11 Noyabr 2026
462
09:35 / 11 Noyabr 2026
66
09:29 / 11 Noyabr 2026
75
09:25 / 11 Noyabr 2026
70
09:24 / 11 Noyabr 2026
67
09:22 / 11 Noyabr 2026
96
09:20 / 11 Noyabr 2026
73
08:58 / 11 Noyabr 2026
122
08:53 / 11 Noyabr 2026
320
01:50 / 11 Noyabr 2026
365
01:00 / 11 Noyabr 2026
198
00:31 / 11 Noyabr 2026
280
23:59 / 10 Noyabr 2026
243
23:57 / 10 Noyabr 2026
295
23:55 / 10 Noyabr 2026
849
23:53 / 10 Noyabr 2026
306
23:47 / 10 Noyabr 2026
1530
23:43 / 10 Noyabr 2026
276
23:39 / 10 Noyabr 2026
227
23:28 / 10 Noyabr 2026
443
23:27 / 10 Noyabr 2026
1177
23:17 / 10 Noyabr 2026
1791
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.