Koronavirus xəstələri ictimai yerlərdə saxlanıldılar
Avqustun 23-də daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 4 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
OXU24.COM xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 1 nəfər barəsində cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.
Oxu24.com
ŞƏRHLƏR