Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
57525
az

TƏCİLİ: Xankəndidən çıxış bağlandı! - SON DƏQİQƏ xəbəri

19:0514 Avqust, 2021
580
CƏMİYYƏT
  • A

Erməni KİV-də yayılan son məlumata görə Xankəndi şəhərindən ermənilərin çıxışı qadağan olunub.

Bu qərar qondarma rejimlə sülhməramlı missiyanın ortaq addımıdır.

Əgər erməni tərəfinin yaydığı informasiyalara fikir vermisinizsə, Qarabağda qalmış bir iki qoca-quca erməni sülhməramlıların nəzarəti altında qədim Roma qulları kimi sahələrdə çalışdırılır.

Bu hazırda sülhməramlıların nəzarəti altinda olan bütün Qarabağ ərazisində belədir. Sadəcə onlar reportajları zamanı bunu Azərbaycan qoşunlarının yerləşdiyi ərazilərə yaxın məsafə kimi təqdim edirlər. Səbəbi isə çox sadədir, fürsət tapan hər bir erməni Qarabağı həmən tərk etmək istəyir.

Xankəndidə elementar içməli suyun olmaması və bu problemin aylardır ki hətta rusların köməyi ilə həll edilə bilməməsi ermənilərin gələcəyə ümidini üzüb. Onlar Azərbayvan tərəfinin də israrlı münasibətini dərk etdiklərinə görə, Qarabağda qalmağın heç bir perspektiv vəd etmədiyini görürlər.

Azərbaycan Prezidentinin Qarabağ İqtisadi Rayonunu yaratması ermənilərə bir daha sübut etdi ki, Qarabağda ancaq Azərbaycan vətəndaşı kimi yaşaya biləcəklər.

Bütün bunlardan sonra Ermənistan hökuməti və sülhməramlılar qərara alıblar ki, Xankəndidən və Qarabağın digər ərazilərindən çıxış bağlansın.

Bu qadağanı şərtləndirən təbii ki bir çox amillər var:

– 10 noyabr üçtərəfli bəyanatından sonra Qarabağa 60 minə yaxın erməni köçürülmüşdüsə, hazırda onların sayı 20-25 mindir. Əksəriyyət müxtəlif bəhanələrlə şəhəri tərk edib və Abxaziyaya, eləcə də Rusiyaya üz tutublar.

– Bir neçə ay öncə orada yaşayan ermənilər evlərini azərbaycanlılara satmaq istəyirdilər. Qorxuya düşən İrəvan və “Artsax” şəbəkəsi mənzil satışı elanlarını və xaricdən gələn zənglərə cavab verməyi qadağan etdi.

– Ermənilərin sülhməramlı nəzarətilə qurduğu postlarda xidmət etməyə adam tapılmır.

– İrəvanda yataqxanalarda məskunlaşmış erməniləri yerli sakinlər qovmağa çalışsalar da onlar Qarabağa dönmək fikrində deyillər.

Hazırda Xankəndi ermənilər üçün Quantanamoya çevrilib.

Ərazini tərk etmək üçün xüsusi icazə lazımdır, buradan Ermənistana belə xarici ölkəyə gedən kimi xüsusi yoxlamalardan sonra səfər etmək olur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qonaqlar gəlmədən tualetə bir qaşıq duz tökün – Evdar qadınların sirri
Blinken Kiyev barında gitara çalıb, mahnı oxudu - VİDEO
Yadplanetlilər bizi eşitməyəcək - SƏBƏB

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
13 yaşlı qızı qaçıran 45 yaşlı mühafizəçiyə hökm oxundu