Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
55969
az

“WhatsApp“da yeni funksiya işə salındı

18:0829 İyun, 2021
280
  • A

"WhatsApp" messencerində bir hesabın bir neçə cihazda eyni vaxtda istifadəsi funksiyası işə salınıb.

"WABetainfo" xəbər verir ki, istifadəçinin cihazları bir-birinə bağlandıqdan sonra "WhatsApp Web" və "WhatsApp Desktop"un eyni anda işləməsi üçün əsas cihazın onlayn qalmasına ehtiyac qalmır. Bu rejimdə bir hesaba əlavə edilən beş cihazdan istifadə etmək olar.

Hazırda bu funksiya tətbiqin 2.21.14.1 nömrəli beta versiyasında və yalnız "Android"də işləyir. Daha sonra yeni funksiya bütün istifadəçilər üçün əlçatan olacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qazaxda minaya düşən hərbçinin GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO
Avropa çempionumuzdan İLK AÇIQLAMA:
Azərbaycanlı general vəfat etdi - FOTO