Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
55604
az

Kür çayında batdığı deyilən 4 uşaq anası - "Məni axtarmayın, Bakıdayam”

12:2920 İyun, 2021
1008
CƏMİYYƏT
  • A

Salyan rayonun Seyidsadıqlı kənd sakini, 1992-ci il təvəllüdlü Bəndəliyeva Ayşən Nemət qızının Kür çayının kənd ərazisindən keçən hissəsində boğulmadığı məlum olub.

OXU24.COM xəbər verir ki, reportun məlumatına görə, o, səhər saatlarına yaxınlarına zəng edərək, Bakıya getdiyini bildirib. "Məni axtarmayın, Bakıdayam", - qadın deyib.
 
Bu səbəbdən onun Kür çayında axtarışları dayandırılıb. Qeyd edək ki, qadının Kür çayında boğulduğu ehtimal olunurdu. Buna səbəb A.Bəndəliyevanın "Mən özümü Kürə atacam" yazısının olması idi.
 
Qadının bundan narahat olan yaxınları dünən Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat veriblər. Hadisə yerinə FHN-nin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb edilib.
 
Qeyd edək ki, A Bəndəliyeva ailəlidir, 3 qızı, 1 oğlu var.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanlı şairin son durumu açıqlandı - FOTO
Dönər alarkən bunlara diqqət etmək lazımdır
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi