Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5445
az

Salyan sakini içərisində xeyli miqdarda pul olan pulqabısını itirib

10:0623 Sentyabr, 2018
724
  • A
 Salyan sakini içərisində ümumilikdə 3200 manat dəyərində Azərbaycan manatı, dollar və rubl olan pul kisəsini itirib.

Oxu24.com "report"-a istinadən bildirir ki, hadisə Salyan şəhərində 1995-ci il təvəllüdlü yerli sakin Əsgərov Vüsal Arif oğlu marketdən çıxarkən baş verib.

O bildirib ki, gecə saatlarında alış-veriş üçün marketə gedib, bu zaman üzərində pul çox olduğundan, onun yarısını maşının qapısında yerləşən boşluğa qoyub. Geri qayıdıb qapını açdıqda isə, pulqabı yerə düşüb. O, pulqabının yerə düşdüyünü ərazidən uzaqlaşdıqdan bir qədər sonra, aptekə daxil olan zaman bilib. Lakin geri qayıtdıqda artıq gec olub.

Marketin müşahidə kameralarının qeydə aldığı görüntülər vasitəsi ilə yerə düşən pulqabını əraziyə gələn ağ rəngli "Mercedes" markalı avtomobilin içindəki şəxslərin götürdüyü müəyyənləşib.Pulqabının içərisində A.Əsgərova məxsus bir neçə şəxsi sənəd də olub.

Hadisə ilə bağlı Salyan rayon Polis şöbəsinə məlumat verilib.


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şifrəsiz
Bakı metrosunda halı pisləşən sərnişin ÖLDÜ
Rusiya Ermənistana nota göndərdi

Türk alimdən xəbərdarlıq: Dəhşətli istilər gəlir...

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Canlı yayımda qıza hücum etdi - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
MÖCÜZƏ! Bir dəstə Şüyüd 10 Xəstəliyi belə SAĞALDIR
Salyanda yol qəzasında 3 nəfər xəsarət aldı