Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
53739
az

Xüsusi təyinatlı zabitimiz intihar edib - FOTOLAR

21:1605 May, 2021
1892
CƏMİYYƏT
  • A

Vətən müharibəsində iştirakçısı leytenant Nəbizadə Rüfət Ağayar oğlu intihar edib.

Oxu24.com xəbər verir ki, bu barədə "Qafqazinfo"ya hərbçimizin atası Ağayar Nəbizadə məlumat verib.
Onun sözlərinə görə, hadisə ötən gün Bakının Novaxanı kəndi ərazisində qeydə alınıb. Leytenant Nəbizadənin intiharına psixoloji vəziyyəti səbəb olub:
"Oğlum müharibə vaxtı iki dəfə kantuziya almışdı. Amma bunu qeydiyyata saldırmamışdı. Çünki arxaya qayıtmağı özünə sığışdırmırdı. Müharibədən sonra isə psixoloji problemləri üzə çıxdı. Aydın məsələdir ki, müharibədə gördükləri, yanında dostlarının şəhid olması ona çox pis təsir etmişdi. Psixoloji problemlərinə görə, bir aydan çox Daxili Qoşunların Hospitalında yatdı, bir neçə psixoloq yanında apardıq. Amma həkimlər deyirdi ki, Rüfət bütün olanları bilinc altına yeridib, belə nevroloji problemi yoxdur. Dünən günortadan sonra əlaqə saxlaya bilmədik. Axşam xəbər gəldi ki, bəs belə bir hadisə baş verib".
Qeyd edək ki, Ucarın Qaracallı kəndindən olan leytenant Nəbizadə Rüfət Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Bölməsində xidmət keçib. O, müharibədən öncə təlimlərə qatılmaq üçün YAŞMA-nın tərkibinə qoşulub. Vətən müharibəsində Şuşaya qədər döyüşən zabitimiz, Prezident İlham Əliyevin sərəncamları ilə "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif olunmuşdu.

Onu da əlavə edək ki, 1998-ci il təvəllüdlü zabitimiz Türkiyənin Kara Harp Okulunun məzunu, evin isə tək oğlu idi.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanlı şairin son durumu açıqlandı - FOTO
Dönər alarkən bunlara diqqət etmək lazımdır
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi