Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
53733
az

Rusiya Hadruta ordu yeritmək istəyir - Lavrovun səfəri və Moskvanın SENSASİON 2 HƏDƏFİ

19:1305 May, 2021
1533
CƏMİYYƏT
  • A

Lavrovun İrəvana getdiyi gün “Hadrut erməniləri”nin Ermənistan Xarici İşlər Nazirliyinin önündə aksiya keçirməsi təsadüfi deyil. Ermənilər sülhməramlıların nəzarət etdiyi ərazilərə yox, məhz Hadruta qayıtmağı tələb edirlər.

Bu, rusların erməni qoşunların Qarabağda çıxarılmasından sonra ehtiyatda saxladıqları “Hadrut planı”nın tərkib hissəsidir. Çünki ermənilərin Hadruta qayıtması rus sülhməramlılarının da bu əraziyə daxil olması deməkdir və burada iki hədəf var.

Siyasi hədəf: ermənilərin Hadruta qayıtması “status” məsələsində perspektiv imkanlar yarada bilər;
Hərbi hədəf: Hadrut Şuşa, Laçın, Xankəndi ilə sərhəddir. Azərbaycan ordusunun bu bölgədəki mövqeyi ermənilərin yaşayacağı Xankəndi və Xocavəndin bir hissəsinə nəzarət imkanı verir. Ermənilər qayıdarsa və Hadrutda rus sülhməramlıları yerləşərsə, Rusiya bütün Araz boyu istiqamətinə - Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan – nəzarət etmək imkanı qazanır.

Müharibə vaxtı Ermənistana gedən bütün erməni “qaçqın”ların məhz “Hadrut uğrunda” təşkilatı ətrafında birləşməsi də buna hesablanmış addımdır. İndi Lavrovun İrəvana gəlişi günü eyni tələblər yenidən gündəmə gətirilir və bu, erməni mülki əhalinin Hadruta qayıtmasına şəraitin yaradılması məsələsinin Rusiya baş diplomatının Bakıya gətirəcəyi təklif-istək siyahısında yer alacağı ehtimalını önə çıxarır.

Moskva erməni qoşunların çıxarılmasından sonrakı dövrdə Qarabağda strateji üstünlük qazanmağa çalışır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Arzuları yerinə yetirən sehirli ot – Zəncirotu barədə bilmədiklərimiz
Putin tərcüməçidən üzr istədi - VİDEO
Azərbaycanlı şairin son durumu açıqlandı - FOTO

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib