Kənd və şəhər əhalisi üçün kommunal tariflər dəyişməlidir? – İqtisadçıdan TƏKLİF
12 Noyabr 2026, 19:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3329
16.04.2021, 21:17
Nişanlı qıza təcavüz etdiyi deyilən taksi sürücüsünün oğlu və həyat yoldaşı iddiaları təkzib ediblər.
Oxu24.com sonxeber.az-a istinadən xəbər verir ki, "Səni axtarıram" veriişinə müraciət edərək valideynlərini axtaran Günəşin başqa qadından olan qardaşı ataları Şahinin onun anasına təcavüz etmədiyini bildirib:
"Atam 2008-ci ildə ürək tutmasından dünyasını dəyişib. O zaman mənim 18 yaşım var idi. Bu günə kimi biz də öz ayaqlarımızın üzərində dayanmışıq. Atam öləndə anam çox cavan idi. Anam çox əzab çəkib. 3 qardaşım və anamla biz həyatla mübarizə aparmışıq. Bu məsələ çıxandan sonra da çox qarışıqlıq çıxdı. Biz də o qadını araşdırdıq. Əgər başqası olsaydı, biz onun üçün hər şey edərdik. Təki o, xoşbəxt olsun. Atam o qadına təcavüz etməmişdi. O qadınla atam arasında olanlar könüllülük əsasında olub. Hamı bilir ki. təcavüzdən uşaq dünyaya gəlmir. Əgər atamın o uşaqdan xəbəri olsaydı, mütləq sahib çıxardı. Çünki atamın uşağının olmadığı vaxta düşürdü. Qadın atama desəydi ki, övladın var, mümkün deyil ki, atam o uşağa sahib çıxmasın. Əgər qadın vaxtında desəydi, bu gün Günəş sizin efirinizə çıxıb atasını və anasını axtarmazdı. Günəş də, biz də günahsızıq. Bütün günah o qadındadır. Təcavüz söhbətindən sonra biz ona heç inanmırıq. Biz DNT analizi istəyirik. O qadına baxan kimi bilinir ki, başqa aləmin adamıdır və təcavüzə uğraması məsələsi də yalandır. Biz bu rayonda yaşayırıq. Burda yaşayan bir insan haqqında 15 dəqiqə içərisində məlumat ala bilirik. Bu qadın haqqında heç yaxşı sözlər deyilmir. O ədəbli və əxlaqlı ailədə böyüsəydi, biz Günəşi qəbul edərdik. Bu gün bizim onunla görüşməyimiz mümkün deyil. Biz də bu məsələnin arxasınca düşüb, hər şeyi aydınlaşdırmışıq. Ona görə də bizim Günəşlə görüşümüz mümkün deyil".
19:16 / 12 Noyabr 2026
9
19:15 / 12 Noyabr 2026
1
19:09 / 12 Noyabr 2026
38
19:03 / 12 Noyabr 2026
46
18:58 / 12 Noyabr 2026
54
18:50 / 12 Noyabr 2026
61
18:42 / 12 Noyabr 2026
536
18:40 / 12 Noyabr 2026
64
18:32 / 12 Noyabr 2026
250
18:28 / 12 Noyabr 2026
66
18:26 / 12 Noyabr 2026
86
18:16 / 12 Noyabr 2026
98
18:15 / 12 Noyabr 2026
85
18:07 / 12 Noyabr 2026
92
17:53 / 12 Noyabr 2026
88
17:19 / 12 Noyabr 2026
101
16:25 / 12 Noyabr 2026
109
16:21 / 12 Noyabr 2026
123
15:55 / 12 Noyabr 2026
131
15:36 / 12 Noyabr 2026
565
15:15 / 12 Noyabr 2026
199
15:12 / 12 Noyabr 2026
120
14:15 / 12 Noyabr 2026
193
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.